суббота, 7 июля 2012 г.

Fəlsəfə haqqında


                Allah mübahisəli anlayış, din insan uydurmasıdır
Ta qədimdən, hələ din anlayışı yox ikən, insanın dünyanı dərk etmək cəhdindən, dynyanın materia və ruhdan ibarət olması məlum olmuş, yaradan-allah (hər xalqın öz dilində, tanrı, boq və s.) anlayışı meydana gəlmişdir. Dünyanı dərk etməyə cəhd edənlərdən ruhu ilkin-yaradan hesab edənlər idealist, materianı ilkin, ruhun onun xassəsi olduğunu hesab edənlər isə materialist adlanıblar. Fəlsəfə idealist və materialitlərin sonu olmayan mübahisələrinin toplusundan ibarətdir. Bəzən, fəlsəfəni elmlərin “şahı” adlandırırlar. Ondandır ki, filosoflar, bəzən, böyüklük iddiası ilə də qürrələnirlər. Elm sona yetmiş (sübut-isbat olunmuş) mülahizələrin, mübahisələrin toplusudur. Bu baxımdan, belə çıxır ki, fəlsəfə heç elm deyil. Bununla ağır bir yükün altına girməyimi bilirəm. Lakin buna başqa tutarlı əsasım  vardır.

Elmi-məntiqin son qənaətlərindən biri ondan ibarətdir ki, “biri-birini inkar edən iki mülahizədən heç biri isbat olunmayıbsa, onlardan heç biri üstünlüyə malik deyil”. İdealist və materialist filosofların öz iddialarını sübuta yetirmə cəhdləri, minilliklər boyunca davam etsə də, nəticəsiz qalmışdır. Ona görə də onlardan hər hansı birinə üstünlük qazandırmaq cəhdlərinin də, məntiqi baxımdan, heç bir mənası yoxdur. Yaradansız (allahsız) keçinə bilməyənlərin allah haqqında ancaq “allah varsa...”, eləcə də, allahsız keçinmək istəyənlərin ancaq “allah yoxdursa...” başlanğıcı ilə danışmağa haqqı vardır. İdealist və materialistlərin də ancaq biri-birini (nə qədər ki, sübutları yoxdur) qınamamaqla, öz iddialarını sübut etməyə çalışmağa haqqı vardır. Allah varsa da insan onu dərk etmək qüdrətində deyil. Çünki dünya hər iki tərəfdən sonsuzdur. Allah varsa, o, dünyanın başlanğıcındadır. Başlanğıc sonsuz olduğundan, ona yetmək mümkün deyil. İnsan dünyanı dərk etdikcə ancaq allaha yaxınlaşa bilər, yetə bilməz. Obrazlı desək:
                                İnsan zəkası ilə
                                Dağı, zirvəni aşır.
                                Dərk etdikcə dünyanı,
                                Allaha yaxınlaşır.   
Dünyada fəlsəfi didişmələrin ən kəskin vaxtlarında dərin zəka, elm adamlarından biri olan Eynşteyn (haqqında özgə cəhdləri olsa da) fəlsəfi cərəyanlardan hansına məxsus olduğunu biruzə verməmişdir. Çünki, o bilirdi ki, “ancaq riyazi düsturlarla ifadə oluna bilən mülahizə həqiqətdir”. Materialist və idealist iddialarının isə riyazi düsturlarla ifadə edilə bilməsinə heç yaxınlığı da yoxdur.
Din heç bir izahlı əsası olmayan insan uydurmasıdır. O, idealizm üçün (Stalinin Lenin, itin çoban üçün olduğu kimi) ZORAKI vasitə rolu oynayır. Din, mahiyyətində heç bir şüuri məntiq olmayan, insanın “mən dedim, vəssalam!”-ına əsaslanan puç iddiasıdır. O, bir qrup insanın heqemon üstünlüklərini, maddi rifahını təmin etmək istəyindən yaranmışdır. Bu cür fırıldaqçılardan baqa, bəşriyyətə zərərdən başa heç bir faydası yoxdur. Onların faydası da ancaq kütləyə vurduqları zərər hesabınadır.
Ateizm materializm yox, dinin özünə qarşı törətməsidir. Ateizmin dini inkar etməkdən başqa iddiası yoxdur. O, adinizm (bizim dildə) adlansaydı daha düzgün olardı. Ateizm materializm üçün dinin idealizm üçün oynadığı rolu oynayır. Fərq ondadır ki, əgər din “istefa verərsə” ateizm də öz-özünə olmayacaq.    
Allah olsa da, olmasa da, insan təxayülünün yaratdığı allah anlayışının insan üçün yalınız bir faydası vardır: son anda ona ümid bəsləmək. Deyərdim ki, bu mənada allahı tanımayan yoxdur. Əli hər yerdən üzülmüş hər bir insan son anda ancaq ona pənah aparır. Ancaq bunu, fəlsəfənin bəşəriyyətə faydası hesab etmək düzgün olardı.
 Dünyada Lenindən böyük ateist olmamışdır.  O, əsərlərinin birində yzırdı: “dindarları iki qrupa ayırmaq lazımdır. Birinci, şəxsi mənafe güdən fırıldaqçı dindarlar və ikinci, səmimi qəlbən inanıb ibadət edənlər. Ateizm təbliğatı zamanı ikincilərin qəlbinə dəymək lazım deyil”. Bu, fəlsəfənin insana ola biləcək faydasını qoruyub saxlamaq istəyindən irəli gəlmişdir. Cəmiyyətlərdə fırıldaq, siyasət məqsədi daşımayan inancın bə ya inancsızlığın heş bir zərəri yoxdur. 

Комментариев нет:

Отправить комментарий