пятница, 28 декабря 2012 г.

"Dəvə qızması" və ərəb təsbehi


Deyirlər, “dəvə qızması” olmasaydı, dəvə də olmazdı. Bu, “məhəbbət olmasaydı insan da olmazdı” qədər həqiqətdir.Böyüklüyünə baxmayaraq, dəvə o qədər sakit, üzüyola heyvandır ki, bir “xıx” deməklə dizləri üstə oturar, cullayıb yükləyərsən, özün minərsən, yenidən “xıx” desən, durub səni və yükünü istədiyin yerə aparar. Lakin dəvə qızdısa, üzünü görmə. Heç nəyə baxmaz, vurub hər şeyi aşırar, dağıdar, oba-oba keçərək “tayını” axtarar. Axı belə olmasaydı dəvə də olmazdı. Yəni bu, dəvəliyi dünyada saxlamaq üçün allahın təyinatıdır. Dəvə bilir ki, əgər allahın bu təyinatı pozularsa, dünyada dəvə olmayacaqdır.
Dünyada tanınmış yazıçı Çingiz Aytmatov dəvənin bu halını özünün “Gün var əsrə bərabər” əsərində “Qara nər” obrazı ilə çox gözəl təsvir etmişdir. Məhəmməd peyğəmbərin də ən çox sevdiyi ev heyvanları dəvə və xoruz olmuşdur. Nə üçünü isə, görünür, dəvə qızmasına və xoruzun qırx toyuğa “böyüklük” etməsinə heyranlığı olmuşdur.
Ərəb dəvəsini çox, lap çox sevər. İnsanın məyusluğunu ifadə etmək üçün, çox vaxt, “dəvəsi ölmüş ərəb” ifadəsini işlədirlər. Ərəb üçün dəvəsini itirmək övladını itirmək kimi bir şeydir. Bir ərəbin çox sevimli bir dəvəsi varmış. Ailəsinin dolanacağı tamamilə bu dəvədən asılı imiş. Ona görə onu çox sevər, yeməyin, içməyin vaxtında verər, culunu, yüyənini bəzəyər, əzizləyərdi. Lakin təkcə bir çətinliyi o idi ki, əsas qazanc vaxtı “dəvə qızan” vaxta düşürdü. O, bizim vaxtla, təxmini olaraq, baharın orta ayında olurdu. Hansı ki, bizdə də maldarlar ona “yabı qızan ayı” deyirlər. Ərəbin dəvəsi həmin vaxtlarda qızaraq yedəyə, kəndirə, yiyəsinin oxşamalarına baxmayaraq, həyətdə qalmaz, zəncirlənsə belə baş götürüb qaçaraq, “tayını” axtarmağa gedərdi. Bu yolda onun qarşısına çıxa bilən heç bir güc ola bilməzdi. Axı bu, dəvəliyin varlığı üçün allah təyinatı idi. Allahın gücünə qarşı kim güc qoya bilərdi ki? Ona görə, nə qədər çətin olsa da, ərəb bu vəziyyətlə barışmağa məhkum idi.
Dəvənin qızma vaxtı ötəndən sonra  ərəb yenə, həmişəki kimi, dəvəsilə mehribancasına işinə-gücünə davam edərmiş. Bir gün ağlına girir ki, sevimli dəvəsinin yüyəninə xurma tumlarından bəzək düzsün. Xeyli xurma tumu yığıb elə də edir. Bununla yüyən çox gözəl görynməklə dəvəyə xüsusi yaraşıq verirmiş. Bu yüyəni taxandan dəvə “dəvəqızan ayı”nı “üzüyola” kiçirirmiş. Ərəb bunu hiss etdiyi üçün, bir neçə il ərzində sınaqdan keçirir. Ərəb, nəhayət, başa düşür ki, xurma dənələrinin dəvənin yüyəninə düzülməsi onun “üzüyola” olmasına səbəb olmuşdur. Ona görə də ərəb bir gün bunu Məhəmməd peyğəmbərə deməyi qərara alır. Peyğəmbərlə birlikdə də, bunu bir neçə il ərzində sınaqdan keçirir, həqiqət olmasına əmin olurlar.
 Məhəmməd peyğəmbər uzaqgörən adam idi. Bu sirrin ona gərək olmasını və bunun heç kimə açılmamasını ərəbə tapşırır. Peyğəmbər uzaqgörənliyi ilə düşünür ki, “isti məkanda ərəb etirası” nı yalınız bununla ram etmək olar. Ona görə də qərara gəlir ki, xurma tumlarından təsbeh (muncuq düzümü) düzəldib ya müsəlmanın boynuna salmaq, ya da “əlinə vermək” gərəkdir. Məhz bundan sona Məhəmməd peyğəmbərin “ixtiraçı” ərəblə birlikdə “təsbeh biznesi” yaranır. Pis deyildi. Qazanc və “ərəb etirası”nı ram etmək üçün çox faydalı bir biznes idi. Burada “xırdaca” çoxbilmişlik ondan ibarət idi ki, məzlumlar (xamlar) üçün “təsiredici” xurma dənələrindən, özləri üçün isə qeyri-xurma dənələrindən təsbeh istehsal edirdilər.              

Комментариев нет:

Отправить комментарий