вторник, 18 декабря 2012 г.

"Əvvəl sözdür", deyirlər. Soz nədir? Əvvəl sözdürmü?


“HAMI ÜÇÜN FƏLSƏFƏ”.  Eynşteyn nisbilik nəzəriyyəsilə meydana çıxanda dünyanın ən tanınmış zəka sahibləri tərəfindən də dərk edilmədiyindən, onun haqqında  hətta  “sağlam düşüncənin pozulması” (dəlilik) kimi iddialar da səsləndirildi.
Lakin görkəmli fizika alimlərinin uzun müzakirələrindən sonra həqiqiliyi təsdiq olunaraq, hələ “Milyonlar (“orta statiklər”) üçün nisbilik həzəriyyəsi “ əsəri də yarandı. Yalınız ondan sonra insanlar başa düşdülər ki, dünyaya “yeni baxış”  mümkündür. Fəlsəfə “qəliz məsələdir”. O, “hər kəsin xörəyi deyil”, deyirlər. Bəlkə “hamı üçün fəlsəfə”yə ehtiyac var? Onu yaratmaq olarmı?
  İnsanın dili, milli dillərdən asılı olaraq,  təxmini, 25-35 müxtəlif səs ifadə edə bilir. Bu səslərin dildə ifadə edilmiş yığınları (qrupları) söz adlanır. Səslərin virtual işarələri-kodları hərflərdir. Səslərlə ifadə olunmuş söz şifahi, hərflərlə ifadə olunmuş söz isə yazılı söz adlanır. Şifahi söz dil ilə ifadə olunub, qulaqla, yazılı söz isə əl ilə yazılıb, göz ilə qəbul olunur. Hər bir söz hər hansı bir “olan”ın (varlığın) işarəsi-kodudur. İnsan dünyada hər bir “olan”ı sözlə kodlaşdırmışdır (işarə etmişdir). Dil heç nəyə kodlaşdırılmamış sözlər də ifadə edə bilir. Belə sözlər, həm də istənilən qədər ola bilər. Məsələn, mələk olsa da, olmasa da “mələk” sözü vardır.
Maddi dünyada insanın beş hiss orqanı ilə mövcudluğu məlum “olan” hər nə varsa, insan hər birinə bir söz kodlaşdırmışdır (ad vermişdir). Bu o deməkdir ki, maddi dünyada əvvəl “olan”dır, sonra söz. Bu, dində-ruhaniyyətdə də belədirmi? “Yox”, buna birmənalı cavabdır. “Allah”dan başlayaraq, dini terminlərin əksəriyyəti (məsələn, mələk, iblis-şeytan, cəbrayıl, əzrayıl, cənnət, cəhənnəm və s.)  “nəyəsə” kodlanmamış sözlərdir. Yəni, söz var, “nə” isə yoxdur. Deməli o “nə”ni uydurmaq, uydurdun, inandırma mexamizmi gərəkdir. Bax, din məhz budur. Məhz burada “əvvəl sözdür”, uydurulanlar isə onun “yaradıcılığı”. Belə sözləri isə ancaq çox-çox təkar etməklə onun uydurduğu olmayanı  “olan”a çevirə bilirlər.    

Комментариев нет:

Отправить комментарий