среда, 30 января 2013 г.

Ağıl, yoxsa vəhşi inistinkt?



Atalar hər bir mövcud vəziyyəti qısaca ifadə edə bilən bir söz (hikmət) qoyub getmişlər. Onlardan biri də “ucun qoymaq” məsəlidir. Hal hazırda hay-küy qoparan “Əkrəm Əylisli məsələsi” də bir mühüm iş üçün “uc qoyma” sayıla bilər. Bu başdan deyim ki, bu, həm də çox gözəl bir “uc qoyma” olardı.
Atalar, həm də “ho-ho var dağa qaldırar, ho-ho da var dağdan endirər” deyiblər. Mən Əkrəm Əylislinin bu “ho-ho”sunu dağa qaldıran hesab edirəm. Sağ olsun. Axı “hər bir müharibə bir sülh ilə qurtarır”. Əkrəm müəllimə qarşı olmaq isə, iki xalq arasında sülhün yaranması üçün belə şeylərin vacib olmasını bilməməkdən irəli gəlir.
İnsan psixologiyasının təbii (inistinkt) xüsusiyyətlərindən biri də, onun dəyişiklik (islahatlar) xoşlamasıdır. Təbii, ictimai dəyişiliklər olmayanda insan özünü rahat hiss etmir. Bu hal, ən çox, fəal, ağıllı adamlarda və hələ də, təbii inistinktin əsiri olan uşaqlarda özünü biruzə verir. Məsələn, uşağın ən çox sevdiyi oyuncaq beş-on gündən sonra gözündən düşür. Əgər əvvəlkindən daha pis olan yenisini alarsansa, onu daha çox sevər. İnsandan başqa bütün canlılar və insanın da ağılsızları ancaq təbii inistinktlə (hisslərlə), ağıllı insanlar isə təbii inistinkt (hisslər) və ağılın vəhdəti (tənzimləməsi) ilə idarə olunurlar.
Əsrlər boyu, demək olar ki, əsasən bir yerdə yaşamış Azərbaycan və Erməni xalqları arasında dostluqlar (təbii inteqrasiya-qaynayıb qarışmaq, qohum olmaq və s.) da, düşmənçiliklər də olmuşdur. Ağılla yox, ancaq inistinktlə idarə olunan adamlar dostluqdan bezəndə düşmənçilik, düşmənçilikdən bezəndə isə dosrluq, ağıllı insanlar isə həmişə ancaq dostluq arzulayarlar. Mənə elə gəlir ki, indiki anda ağıllıların da, inistinktlə idarə olunanların da istəkləri üst-üstə düşməkdədir. Yəni Əkrəm müəllimin cəhtləri vaxtındadır. Əks fikirlilərin də yanılmaması xalqların ancaq xeyrinə olardı.     

Комментариев нет:

Отправить комментарий