понедельник, 21 января 2013 г.

Gözəlliyin gizlədilməsi allaha kufrdir


Qadın gözəlliyini “qara əskiyə” (çadraya) büküb gizlətmək allaha xoşdurmu? Buna birmənalı cavab: 
Yox, bu allaha küfrdir. 
Di gəl, başa sal bu qanmazları. At kimi “noo-duu” (him-cim) ilə sürülə bilinməyən eşşəyi bizləməklə sürürlər. Niyə bu adi şeyləri görmür və qanmır bu korlar və qanmazlar ki, allah  bütün bu gözəllikləri nə üçün yaratmışdır?
Bir boylanıb baxsınlar ətraflarındakı gözə girən bütün şeylərə. Görsünlər, allah, bitkidən, çiçəkdən, bütün canlılardan insana qədər hər şeyə gözəliyi, ən çox, tozlanma, maya, döl vaxtında verir. O vaxtlar ötüb getdikcə, gözəllik də soluxub gedir. Bu ona görədir ki, erkək dişinin o gözəlliyinə qaçıb qovuşsunlar ki, dünyanın mövcudluğu davam etsin. Əgər ömrün həmin vaxtlarında qadın “qara əskiyə” (çadraya) bükülərək, gözəlliyi gizlədilir, kişi o gözəlliyi görməkdən məhrum edilirsə, bu, allahın təyinatına zidd, ona kufr deyilmi?
Buna islamdan başqa heç bir dində rast gəlinmir. Məlumdur ki, nə qədər cəhdlər edilsə də, kişini o gözəlliyə baxmaqdan məhrum edə bilmirlər. Əgər o gözəllik, məsələn, Azərbaycanda  qara əskiyə bükülüb gizlədilirsə, Azərbaycan kişisi (oğlanlar) o gözəlliyi görmək üçün onun göründüyü Rusiyaya, yaxud Avropaya qaçıb gedirlər (qızmış dəvə kimi, obadan obaya). Nəticədə Azərbaycanın minlər, on minlərlə qızları nakam qarımış olur. Hal hazırda Azərbaycanın hər yerində, xüsusilə kəndlərdə, oğlan uşaqları qalmayıb, qızların çoxu nakam qarımaqdadır. Məgər bu xalqın ziyalıları, ağsaqqalları, yiyələri bundan narahat olmamalıdırmı? Bu yaxşıdırmı, ay bizim mollalar?
Məhəmməd peyğımbər heyvanlardan dəvəni, o böyüklükdə olmasına baxmayaraq, həm üzüyolalığına, həm də “dəvə qızması”na görə sevmişdir. “Dəvə qızması” məhz döl vaxtı “gözəlliyə qaçmaq”dır. Hansı ki, allah təyinatı olduğu üçün, dəvəni o yoldan heç bir qüvvə saxlaya bilmir. Allahın gudrəti ondadır ki, yaratdığı milyardlarla insanlar, yarıbəyarı olaraq, əkscinslidir. Əgər müsəlman kişisi allahı və onun təyinatını tanıyırsa, ancaq öz haqqı olan bir əks cinsilə kifayətlənməlidir. Əgər qırxına yiyələnirsə deməli, (allahın hərəyə bir təyinatına görə) özgələrin haqqına şərik olur. Bəlkə də, islamın “Əli zülfüqarı” ilə hasil edilməsinin əsas səbəbi kişiləri azaldıb, haqlarına (hərə qırx arvada) yiyələnmək istəyi olmuşdur?!            

Комментариев нет:

Отправить комментарий