воскресенье, 3 февраля 2013 г.

Jirinosun merinos sürüsü və "saqqal keçi"


 İnsan psixologiyası elədir ki, hər şeydən çox dəyişiklik xöşlayır. Təbii, ictimai dəyişiliklər (islahatlar) olmayan yerdə insan özünü rahat hiss etmir. Bu hal özünü, daha çox, fəal adamlarda göstərir. Uşaqlar da ona çox həssasdır. Məsələn, ən çox sevdiyi oyuncaq beş-on gündən sonra gözündən düşür. Əgər ondan çox pis olan yenisini alsan, onu daha çox istəyər.
Şirzad kişi millətcə türk, həyat yoldaşı Sara isə rus idi. Bu, həm qismətdən, həm də məhəbbətdən baş tutmuşdu. Qismətdən ona görə idi ki, türklərlə ruslar tarixən coğrafi, Şirzad ilə Sara isə yaxın kənd qonşuları idi. Məhəbbətdən ona görə idi ki, biri-birilərini tez-tez görmüş, dəlicəsinə sevmişdilər. Bu məhəbbətin, bəlkə bir səbəbi də, qaranın qaradan, ağınsa ağdan bezməsindən olmuşdu. Axı türklər, nisbətən, qara, ruslar isə ağ olurlar. Bu məhəbbət, bu izdivac o qədər gözəl idi ki, yaşın artıq əllini ötməsinə baxmayaraq, ilkin təravətini saxlayır, gözəl həyat sürürdülər.

Şirzadgilin əsas işi, dədə-babadan, qoyunçuluq idi. Sürüləri yaxşı məhsuldar merinos cinsindən idi. Bir şox sürüləri, ayrıca çobanları olsa da, Şirzad özü də ayrıca bir sürüyə çobanlıq edirdi. Belə ki, çox zəhmətsevər insan idi. Sara da onun kimi işguzar idi. Əzablı iş olsa da, qoyunçuluqdan yaxşı gəlir əldə edir, firəvan yaşayırdilar.
Sara xanım ta ilk vaxtlardan, çox sevdiyindən, Şirzada “Şirin” deyirdi. Şirin Saranın dilində “Jirin” kimi səslənərdi. Şirzadın burnu anadangəlmə uzun idi. Uşaqlıqdan yaşıdları ona “uzunburun” deyərdilər. Əvvəllər ona hər dəfə “uzunburun” deyəndə hirslənərdisə, sonralar daha buna öyrəncəli olduğundan, vecinə almırdı.Yaşının əllidən keçəməsindən özü kimi, burnu da piylənmiş, daha da böyümüşdü. Sara xanım da çox arif  adam idi. Həm bu burnu, həm də merinosa həmqafiyə olduğunu nəzərdə tutaraq, Sirzada Jirin əzizləməsini “Jitrinos” (jirnıy nos) ilə əvəz etmişdi. Sirzad kişi də sevimli arvadının bu əzizləməsindən daha da xoşhal olurdu. Sara xanım, hər danışığında “Jirinos gəldi”, “Jirinos getdi”, “Jirinos basdı”, “Jirinos kəsdi” və s. və i. a. deyə-deyə Şirzadı Jirinosa “döndərmişdi”.
Qoyunçuluğun bir çətinliyi də sürünü otlağa, arana, yaylağa apararkən öndə gedəninin (öndərinin) olmaması idi. Qoçu, qoçunun güclü iri buynuzları, yaxşı məhsulu-yunu, südü, əti olduğu halda, təkcə “saqqal”ı olmur qoyunun. Demə saqqal həm də elə “ağsaqqal” demək imiş. Qoyunda-qoçda saqqal-ağsaqqal olmadığından sürünü bir yerə aparanda qarşısına əlavə bir çoban-öndər düşməlidir. Sara çox arif, təcrübəli, işgüzar xanım idi. Bu əlavə işdən xilas üçün, hələ uşaqlıqda gördüyü və yadında saxladığı bir işi süvimli Jirinosuna təklif etdi: hər sürünün önünə 4-5 saqqallı keçi qoymaq. Şirzad kişi belə də etdi. Bundan sonra sürünü bir yerə sürmək lazım olanda uzun saqqallı təkə qabağa düşər, boynunu dik tutaraq, xüsusi şəstlə yeriyər, sürü də ardınca sürülənərdi. Sirzad kişi də öndə gedən əlavə çoban haqqı verməkdən xilas olmuşdu.
Şirzad kişi sevimli Sara xanımının bu kimi təklif və xidmətlərindən məmnun olduğu üçün onun bütün istəklərini yerinə yetirirdi. Ondan idi ki, qoyunçuluqdan ildə əldə etdikləri 9 milyon qazancın 3 milyonunu Saranın qohum- əqrəbasına, kəndçilərinə faizsiz kredit verirdi.
Şirzad kişi sevimli Sarasının “saqqal keçi” təklifinə məftunluğundan hələ bir bayatı da “bəstələmişdi”. Hər “kefi kök” olanda oxuyardı:
Yaylaq, yola sal, köçüm,
Dağ, dərə, həm sal keçim.
Qoyunda saqqal olmaz,
Öndədir saqqal keçim.     

Комментариев нет:

Отправить комментарий