воскресенье, 31 марта 2013 г.

Niyə bu xalq bu gündədir?


Cəmiyyətdə kimi dindirirsən dili “niyə biz bu gündəyik” gileyi ilə doludur.
Dünyada heç nə, heç vəziyyət səbəbsiz olmur. Görəsən bizdə olan bu vəziyyətin səbəbi nədir?
İnsanın ikinci (ruhi-mənəvi) yaranışı, körpəlikdə ailədən başlayaraq, boya-başa çatdığı cəmiyyətdə baş verir. O cəmiyyətdə ruhi-mənəvi nə varsa ancaq onlar ona hopur. Həm də hamının çox əhəmiyyət verdiyi nümunələr daha çox hopur. Əsarətdə olan cəmiyyətlərdə nümunəni onun eybəcərliklərindən yaradırlar.

 Məlumdur ki, dünya yaxşı və pis, gözəllik və eybəcərliklərlə doludur. Onların varlığı və vəhdəti elə dünyanı mövcud etmişdir. Demək istəyirəm ki, eybəcərliksiz (zibilsiz) cəmiyyət yixdur. Ağıllı, abırlı cəmiyyətlərdə o zibillər (qoxusu çıxmasın deyə) “kip qapaqlı qablar”da gizlədilir. Ağılsız, abırsız cəmiyyətlərdə isə hara gəldi səpilir. Elə o “səpilmələr” də bu xalqı heç kimin, heç özünün də, gözündə olmayan vəziyyətə salmışdır. Bu proses indi (“müstəqillik” dövründə) daha qabarıq baş verir. Bütün televiziyalarımız, mətbuatın əksəriyyəti, nümunə kimi, xalqın dəyərlərini, gözəlliklərini, abırını yox, onun eybəcərliklərini, zibilliklərini açıb araya tökürlər ki, hətta özümüz də qoxusundan burnumuzu tutmalı oluruq.
Bu vəziyyət, həm də, öz-özünə deyil əsarət “texnoloqları”  tərəfindən yaradılır. Ruspərəst, əsarətpərəst diktatura rejimi buna xüsusi rəvac verir. Fikir veriləndə aydın görünür ki, televiziyalarımızda təkcə İtv-də rus dilində xəbərlərin aparıcısı cəmiyyət qarşısına “abırlı” çıxarılır. Bu, o istəkdəndir ki, hətta rusca danışan da “abırlı” olmalıdir.
 Deyirlər, “qeyrəti itə atsan, yeməz”. Görünür o, ancaq yeməli olmadığı üçün yadımızdan çoxdan çıxmışdır.

Комментариев нет:

Отправить комментарий