пятница, 12 апреля 2013 г.

"Ruhdan düşən insanın atı da çapmaz"



Ruhu maddi yox, mənəvi qida ilə yüksəldirlər. Bədii-mənəvi abidələri olmayan xalqlar məhvə məhkudur. Monqoldan Osmanlıya qədər olan türk xalqları at çapıb, qılınc oynadarkən, qonşuluqdakı “məzlum” xalqlar özlərinin bədii-mənəvi abidələrini (əlifbadan ədəbiyyata, mədəniyyətə qədər) yaratmışlar.

Deyərdim ki, tarixən geridə (“çarıqlı-patavalı”) olmuş Rusiyanı V. Yankovski özünün “Çingiz Xan” romanı ilə indiki Rusiyaya çevirmişdir. O, bu tarixi romanı ilə, demək olar ki, Monqol Tatarlarının (Türklərin) yüksək ruhunu “ruhdan düşən insanın atı da çapmaz” şərq hikmətilə ruslara trasfer etmiş, müsəlman dərvişini Türkün qəhrəmanına çevirmişdir. Belə bədii-mənəvi abidələrin təsirindəndir ki, indi Rusiya ətrafındakı bütün türk xalqları onların təsiri (qanadı) altındadır. Həmin o bədii-mənəvi abidələrin nəticəsidir ki, azsaylı farslar da Türklərin bir hissəsini (Azərbaycan türklərini)“ qanadı altına almışdır.
 Yaxşı olardı ki, indiki Türklər  “türk-türk”, “Boz Qurd” və s. deyib özünü öyməkdənsə, Bunu nəzərə alıb özlərinin birgə bədii-mənəvi abidələrini (məs. birgə əlifbalarını) yaradaydılar. Bədii-mənəvi abidələri olmayan xalqlar həmişə geriliyə məhkumdurlar.

Комментариев нет:

Отправить комментарий