суббота, 6 июля 2013 г.

ŞAİRLİK BİR XƏSTƏLİKDİRMİ? XƏSTƏLİKDİRSƏ ONUN ADI NƏDİR?


Şairliyin insanlara başqa xeyri olmasa da (yoxsa onu da bizə verməzdilər), fikri yığcam və dolğun ifadə etməyə gözəl bir vasitədir.
 Şairliyin bir xəstəlik olmasına əmin idim.  Lakin  insanları o həqiqətə inandırmaq üçün onun adını tapmağa çox çalışdım. Uzun düşünmələrdən sonra, görünür nəhayət ki, tapmışam (onu da adamlar təsdiq edərsə).

 İnsanda intelekt (zəka) potesialı tuğyan edərkən onu “boşaltmasa” çox narahat olub “partlamağa” qalır. Bunu iki misalla çox aydın başa düşmək olur:
1.       Buynuzu olmuş Zülgərney padşahın dəlləyi haqqında rəvayət və
2.       Rusiya istehsalı olan ZİL yük maşınının yol gedərkən fasilələrlə səsli hava buraxması ilə.
1.Zilgərney padşahın buynuzu varmış. Bunu sirr kimi qoruyurmuş. Bu sirri ancaq dəlləyi bilirmiş. Bu sirri faş etdiyi halda onun boynunu vurduracağını demişdi. Bu “yük” ağırlıq etdiyindən, dəllək hər dəfə Zülgərneyin başını qırxıb evinə qayıdarkən çöldə yol qırağında köhnə su quyusuna əyilib “Zülgərney padşahın buynuzu var, buynuzu” deyərək, “yükünü” boşaldırmış. Sonralar bir çoban bu quyunun üstündə bitmiş qamışdan tütək düzəldir. Tütəyi çaldıqda ondan “Zülgərney padşahın buynuzu var, buynuzu” səsi çıxır...
2. Rusiya istehsalı olan ZİL yük maşınının mühərriki işləyərkən əyləc üçün ehtiyat hava balonuna sıxılmış hava vurur. Müəyyən həddə qədər sıxılmış havadan istifadə edilmədikdə artıq hava avtomatik olaraq balondan buraxılır. (Bu havaburaxma səsli olduğundan uşaqlar ona “ZİL osturdu” deyirlər.) Belə olmasa maşının ehtiyat hava balonu partlayar.
Məncə şairliyin necə xəstəlik olmasını bilmək üçün bu kifayətdir.
 İnsana intelekt-zəka potensialını ifadə etməyə başqa imkanlar tanınmadıqda o, dərdini ifadə etmək (boşaltmaq) üçün mütləq bir vasitə tapacaqdır. Bizə tanınmış  bu vasitə ancaq şairlikdən ibarətdir. Bununla, həm də, Azərbaycanda şairliyin tuğyan etməsinin əsl səbəbi açılır.

ELƏMİ?...   

Комментариев нет:

Отправить комментарий