понедельник, 25 ноября 2013 г.

İdeologiyaların "rəqsi" və onun törətdiyi "dalğalar"


Dünya rəqslərdən və onların törətdiyi dalğalardan ibarətdir. Bu, ictimai ideologiyalarla  ilgili proseslərdə də özünü göstərir.
 İdeologiya “saf” yaranır. Onda eybəcərliklər yaranıb artdıqca  insanlarda ona ikrah (nifrət), azaldıqca isə rəğbət (məhəbbət) yaranır. İdeologiyalara qarşı ikrah və rəğbət, vaxtaşırı olaraq biri digərilə əvəzlənməklə, təkrarlanır. Bununla, sanki, rəqsi bir “hərəkət” alınır. Bu rəqslər də bəşəriyyəti  “yırğalayan” (idarə edən) bir   “dalğa” yaradır.
 
 Bu, gözümüzün önündə, dinlərlə ilgili baş verən proseslərdə çox aydın hiss olunur.
  İnkvizisiyaya qədərki xristianlıqda eybəcərliklərin artması ilə insanlarda xristianlığa qarşı ikrah hissi son həddə (pikə) yetmişdir. İnsanların inkvizisiyaya qarşı nifrətli etirazları  ona son vermiş, ondan sonrakı proseslərdə xristianlığı rəğbətli bir dinə çevirmişdir. Xristianlıq hal-hazırda, xristian cəmiyyətlərində ona göstərilmiş kiçicik rolu və yeri (küncü) ilə kifayətlənərək, fəaliyyətini sakitcə davam etdirməkdədir.
Yəqindir ki, dinlərin belə durumu insanlarda heç vaxt özünə ikrah (etiraz) doğurmur. Əlbəttə islamın da bu duruma gəlməsi əksər insanlar üçün arzuolunan olardı.   
Bəs görəsən sovetlər məkanında yaşamış müsəlman xalqlarının, sovetlər dağılandan sonra, islama indiki “təşnəliyi” (rəğbəti) nədən oldu?
İnsanların islama olan  ikrah hissləri pik həddə yetməkdə ikən, marksizmin SSRİ ərazisində islamın eybəcərliklərinə  qadağaları bu eybəcərlikləri  getdikcə azaltdı.  Bu, “səmimi dindarlar”da  (“fırıldaqçı dindarlar”da yox. Bu iki ifadə Leninə məxsusdur. Onun mübarizəsi ancaq “fırıldaqçı dindarlar”la idi) islama rəğbəti xeyli  artırdı. Sovetlər dağılandan, bu qadağalar aradan qalxandan sonra, bu fürsəti fota verməyən “fırıldaqçı dindarlar” Azərbaycanda islamı yenidən bu eybəcər duruma saldılar.
Bəs Atatürk Türkiyəsində bu proses necə getdi?  
Təbii ki, deyilən ideoloji rəqslərin törətdiyi dalğalar Türkiyəni də yan buraxmamışdır. İslam, müsəlmanlaraın qanına-geninə hopdurulmuş elə bir virusdur ki,  onu, müsəlman cəmiyyətlərində əksəriyyət təşkil edən sadəlövh insanlardan, çətin ki, qadağalarla kənar etmək mümkün olsun.
Bəlkə də onu “azad” buraxıb, eybəcərliklərilə pik həddinə yetməsini gözləmək gərəkdir?
Görəsən islam nə vaxtsa, xristianlığın indiki rəğbətli duruma gələcəkmi?


Комментариев нет:

Отправить комментарий