среда, 29 октября 2014 г.

“Qaragilə”dən “Qolubıye qlaza”ya qeder

Baharın ilk günlərindən biri idi. Təbiətdə hər şey canlanır, dəyişir, eyni zamanda dəyişməz qalırdı. Bağ -bağça öz yerində idi. Gül-çiçək açmış, bülbül qızıl gül budağına qayıtmışdı. Evimizin qarşısındakı əzəmətli palıd və onun zirvədəki vudağı öz yerində idi. Torağay öz yerinə qayıtmış, orada cəhcə vururdu. Evimizin tavanı öz yerində idi. Qaranquş qayıtmış, insanlara ən yaxın yerdə yuva qurmuşdu. Pervane şamın başına dolanmaqla sevgisini ifade edirdi.

четверг, 25 сентября 2014 г.

Ruslanın zifaf gecesi

Ruslan, Eziz bəyin Chingiz oğlundan olan nevesidir. Eziz, Beyler adlanan kendin beylerinden biri idi. Represiya illerinde o da “kulak” adlandırılaraq Sibirə sürgün edilmişdi. Sürgün edildiyi günden üç ogul ve bir qızı kiçik yaşlarından heyat yoldaşı Xatunun öhdesinde qalmışdı. Eziz bey Sibirde helak olanadek ne qeder zülüm çekdise, Xatun xanım övladlarını saxlamaq, boya-başa yetirmek üçün ondan çox-çox çekdi.