“HAMI ÜÇÜN FƏLSƏFƏ”. Eynşteyn nisbilik nəzəriyyəsilə meydana çıxanda
dünyanın ən tanınmış zəka sahibləri tərəfindən də dərk edilmədiyindən, onun
haqqında hətta “sağlam düşüncənin pozulması” (dəlilik) kimi
iddialar da səsləndirildi.
вторник, 18 декабря 2012 г.
четверг, 6 декабря 2012 г.
Əsarətdə olan xalqın qibtəgahları
Əsarət xalqın “qaymaqlar”ının, zəka, intelekt sahiblərinin,
ziyalılarının başından basır, “çör-çöplər”ini, mənəviyyatsızlarıni isə üzə çıxarır.
“Çör-çöplər”in bir hissəsini həmişəlik,
digərlərini isə ən mühüm anlarda istifadə üşün xalqın “qibtəgahı” (“xalqın
adamı”) etmişlər. Xalqın “qaymaqları” isə
H. Cavid olub sibirdə məhv olmamaq, S. Vurğun olub məddaha çevrilməmək üçün,
istedadlarını içində boğub susmağa, “külünü başına tökməyə” vadar edilmişlər. Xalqın dahiləri, onu ağ günlərə çıxara bilənlər
Cavidlə Səməd aralığındakı “bataqlıq”da məhv olub getmişdir.
среда, 5 декабря 2012 г.
Bayatılar
Yaylaq, yola
sal, köçüm,
Dağ, dərə, həm
sal keçim.
Qoyunda
saqqal olmaz,
Öndədir
“saqqal keçim”.
Əzizinəm,
qurddular,
Dağda oba
qurdular.
Dağlar tülkü
yetirməz,
Oğullar boz
qurddular.
вторник, 20 ноября 2012 г.
Özüm türk, yoxsa sözüm "türk"?
Çoxları Azərbaycanda “türk-türk”, “boz qurd” və s. deyə
bağırmaqla millətçiliyin tuğyan etməsini qınaq edir. Qloballaşmaya üz qoymuş
dünyada millətçilik sivil insanlarda ikrah hissi doğurmaya bilmir. Lakin tarixə
diqqət etdikdə görünür ki, insanlar qlobal humanizmə milli haqlarina yetdikdən
sonra qədəm qoya bilirlər.
среда, 15 августа 2012 г.
Özgələşməyə meylin səbəbləri
İnsanın öz əlindən
bir iş gəlməyəndə özgənin yaratdıqlarına heyran olub, həsəd aparır. Əksinə, özgədən
əvvəl özü nəyə isə nail olduqda fəxr edib, gurur duyur. Fəxr, gurur ruh yüksəldir.
Yüksək ruh isə insanı yeni nailiyyətlərə yetirir. Belə mənəvi vəziyyət
olmayan cəmiyyətlərdə dirçəliş, tərəqqi
də olmur. İnsan fəxrlə yaşayır. Özündə fəxr etməli bir şey olmayanda, özünü həsəd
apardığı özgəyə oxşatmaqla təskinlik tapır. Beləliklə, özgələşməyə meyl
fomalaşmağa başlayır.
вторник, 7 августа 2012 г.
Diktatorluğun fəlsəfəsi
Bəşəriyyətin
bir hissəsi, hələ də, diktatorluq bəlası yaşayır. Hər bir hadisənin, vəziyyətin
yaranma səbəbləri olur. Diktatorluğun səbəbi (onu yaradan) məddanlıqdır.
Göründüyü kimi, məddahlıq və diktatorluq qeyri-sivil (geridə qalmış) cəmiyyətlərdə
baş alıb gedir. Sivil (inkişaf etmiş) cəmiyyətlərdə isə onun yerini
demokratiya, yüksək mənəvi dəyərlər tutur. Məddahlığın səbəbi (onu yaradan) isə
ehtiyacdır.
воскресенье, 5 августа 2012 г.
İnsanın yaratdığı allahların biri-birindən fərqi
Materialist
filosoflardan biri demişdir ki, “insanı allah yox, allahı insan yaratmışdır”. Burada
böyük həqiqət vardır. Mən isə, “allah yaratdıqda yaxşısını yaratmaq lazım idi”,
deyirəəm. Doğrudan da İsanın yaratdığı allah Məhəmmədin yaratdığından qat-qat ədalətli,
məntiqli və dünyavi tərəqqiyə stimulludur.
Подписаться на:
Сообщения (Atom)