Yəqindir
ki, “orta statistik” azərbaycanlı gündəlik dilə gətirdiyi və qulaqlarına dolan
sözlərin çoxunun əsl mənasını bimir. 40 illik
müəllimlik təcrübəmdən o da yəqindir ki, dilə gətirilən hər hansı cümlədə bir və
ya bir neçə sözün əsl mənası dinləyiciyə məlum deyilsə, həmin cümlənin ifadə
etdiyi fikir də ona aydın olmur. O leksikon aydın ifadə vasitəsi olur ki, o, ədəbi
leksikonluqdan məişət leksikonuna çevrilsin.
среда, 10 июля 2013 г.
суббота, 6 июля 2013 г.
ŞAİRLİK BİR XƏSTƏLİKDİRMİ? XƏSTƏLİKDİRSƏ ONUN ADI NƏDİR?
Şairliyin
insanlara başqa xeyri olmasa da (yoxsa onu da bizə verməzdilər), fikri yığcam və
dolğun ifadə etməyə gözəl bir vasitədir.
Şairliyin bir xəstəlik olmasına əmin
idim. Lakin insanları o həqiqətə inandırmaq üçün onun
adını tapmağa çox çalışdım. Uzun düşünmələrdən sonra, görünür nəhayət ki, tapmışam
(onu da adamlar təsdiq edərsə).
пятница, 12 апреля 2013 г.
"Ruhdan düşən insanın atı da çapmaz"
Ruhu maddi yox, mənəvi qida ilə yüksəldirlər.
Bədii-mənəvi abidələri olmayan xalqlar məhvə məhkudur. Monqoldan Osmanlıya qədər
olan türk xalqları at çapıb, qılınc oynadarkən, qonşuluqdakı “məzlum” xalqlar
özlərinin bədii-mənəvi abidələrini (əlifbadan ədəbiyyata, mədəniyyətə qədər)
yaratmışlar.
воскресенье, 31 марта 2013 г.
Niyə bu xalq bu gündədir?
Cəmiyyətdə kimi dindirirsən dili “niyə
biz bu gündəyik” gileyi ilə doludur.
Dünyada heç nə, heç vəziyyət səbəbsiz
olmur. Görəsən bizdə olan bu vəziyyətin səbəbi nədir?
İnsanın ikinci (ruhi-mənəvi) yaranışı,
körpəlikdə ailədən başlayaraq, boya-başa çatdığı cəmiyyətdə baş verir. O cəmiyyətdə
ruhi-mənəvi nə varsa ancaq onlar ona hopur. Həm də hamının çox əhəmiyyət
verdiyi nümunələr daha çox hopur. Əsarətdə olan cəmiyyətlərdə nümunəni onun eybəcərliklərindən
yaradırlar.
суббота, 16 февраля 2013 г.
Gördüklərimə, yoxsa eşitdiklərimə inanım?
“Min dəfə
eşitmək, yoxsa bir dəfə görmək yaxşıdır”?
Bunun
cavabını müdriklər çoxdan vermişdir. Lakin “nədən?”i hələ soruşulur. Bu, ondandır ki, lənətə gəlmiş
qulaq, insanın hiss orqanı kimi, yalanı da eşidə (qəbul edə) bilir. Yarəb,
eşitdiyi minlərdən biri doğru ola, ya olmaya. Qurban olduğum müqəddəs göz isə ancaq olanı (doğrunu) görür. Onda öz
sahibini aldatmaq “qabiliyyəti” yoxdur. Vay o cəmiyyətin halına ki, orda görünənləri yalan, eşidilənləri doğru hesab
edirlər.
понедельник, 4 февраля 2013 г.
Çoban Xanışın prezidentlik təlimi
ÇOBAN XANIŞIN PREZİDENTLİK TƏLİMİ
**********************************
Keçmişdə ağıllı
padşahlar dövləti yaxşı idarə etmək üçün məmləkətdə müdrik axtarışına çıxarmışlar.
Ətrafında çoxlu müdrik insanlar olan padşahların işi çox avand və rəvan
olarmış. “Ulu öndər”imiz də bu qaydadan çox məharətlə istifadə etmişdir. Onun
çoban Xanış ilə dostluğu buna nümunədir.
воскресенье, 3 февраля 2013 г.
Jirinosun merinos sürüsü və "saqqal keçi"
İnsan
psixologiyası elədir ki, hər şeydən çox dəyişiklik xöşlayır. Təbii, ictimai dəyişiliklər
(islahatlar) olmayan yerdə insan özünü rahat hiss etmir. Bu hal özünü, daha çox,
fəal adamlarda göstərir. Uşaqlar da ona çox həssasdır. Məsələn, ən çox sevdiyi
oyuncaq beş-on gündən sonra gözündən düşür. Əgər ondan çox pis olan yenisini alsan,
onu daha çox istəyər.
Şirzad
kişi millətcə türk, həyat yoldaşı Sara isə rus idi. Bu, həm qismətdən, həm də məhəbbətdən baş tutmuşdu. Qismətdən ona görə idi ki, türklərlə ruslar tarixən coğrafi,
Şirzad ilə Sara isə yaxın kənd qonşuları idi. Məhəbbətdən ona görə idi ki,
biri-birilərini tez-tez görmüş, dəlicəsinə sevmişdilər. Bu məhəbbətin, bəlkə
bir səbəbi də, qaranın qaradan, ağınsa ağdan bezməsindən olmuşdu. Axı türklər,
nisbətən, qara, ruslar isə ağ olurlar. Bu məhəbbət, bu izdivac o qədər gözəl
idi ki, yaşın artıq əllini ötməsinə baxmayaraq, ilkin təravətini saxlayır, gözəl
həyat sürürdülər.
Подписаться на:
Сообщения (Atom)