понедельник, 19 июня 2017 г.

VEHY NEDİR?

Dindarlar  informasiyanın (melumatın) allahdan peyğembere vehy ile geldiyini iddia edirler. Bes vehy nedir ve allahdan  informasiya (melumat) onunla peyğemberin harasına (hansı hiss orqanına) gelmişdir?

HER NEDEN ÇOX OLAN “HEÇ NE”. (Senedli hekaye)


“Gül bayramı” erefesinde, birinci sinifde oxuyan şirin dilli qız nevem ata-anası ile bize gelmişdi. Bir neçe günden sonra bizden gedende ona:
-Canım, şirinim, babadan ne isteyirsen?-dedim.

четверг, 15 июня 2017 г.

среда, 29 октября 2014 г.

“Qaragilə”dən “Qolubıye qlaza”ya qeder

Baharın ilk günlərindən biri idi. Təbiətdə hər şey canlanır, dəyişir, eyni zamanda dəyişməz qalırdı. Bağ -bağça öz yerində idi. Gül-çiçək açmış, bülbül qızıl gül budağına qayıtmışdı. Evimizin qarşısındakı əzəmətli palıd və onun zirvədəki vudağı öz yerində idi. Torağay öz yerinə qayıtmış, orada cəhcə vururdu. Evimizin tavanı öz yerində idi. Qaranquş qayıtmış, insanlara ən yaxın yerdə yuva qurmuşdu. Pervane şamın başına dolanmaqla sevgisini ifade edirdi.

четверг, 25 сентября 2014 г.

Ruslanın zifaf gecesi

Ruslan, Eziz bəyin Chingiz oğlundan olan nevesidir. Eziz, Beyler adlanan kendin beylerinden biri idi. Represiya illerinde o da “kulak” adlandırılaraq Sibirə sürgün edilmişdi. Sürgün edildiyi günden üç ogul ve bir qızı kiçik yaşlarından heyat yoldaşı Xatunun öhdesinde qalmışdı. Eziz bey Sibirde helak olanadek ne qeder zülüm çekdise, Xatun xanım övladlarını saxlamaq, boya-başa yetirmek üçün ondan çox-çox çekdi.

понедельник, 25 ноября 2013 г.

İdeologiyaların "rəqsi" və onun törətdiyi "dalğalar"


Dünya rəqslərdən və onların törətdiyi dalğalardan ibarətdir. Bu, ictimai ideologiyalarla  ilgili proseslərdə də özünü göstərir.
 İdeologiya “saf” yaranır. Onda eybəcərliklər yaranıb artdıqca  insanlarda ona ikrah (nifrət), azaldıqca isə rəğbət (məhəbbət) yaranır. İdeologiyalara qarşı ikrah və rəğbət, vaxtaşırı olaraq biri digərilə əvəzlənməklə, təkrarlanır. Bununla, sanki, rəqsi bir “hərəkət” alınır. Bu rəqslər də bəşəriyyəti  “yırğalayan” (idarə edən) bir   “dalğa” yaradır.