Atalar hər bir mövcud vəziyyəti qısaca ifadə edə bilən bir
söz (hikmət) qoyub getmişlər. Onlardan biri də “ucun qoymaq” məsəlidir. Hal
hazırda hay-küy qoparan “Əkrəm Əylisli məsələsi” də bir mühüm iş üçün “uc
qoyma” sayıla bilər. Bu başdan deyim ki, bu, həm də çox gözəl bir “uc qoyma”
olardı.
среда, 30 января 2013 г.
понедельник, 21 января 2013 г.
Gözəlliyin gizlədilməsi allaha kufrdir
Qadın gözəlliyini “qara əskiyə” (çadraya) büküb gizlətmək
allaha xoşdurmu? Buna birmənalı cavab:
Yox, bu allaha küfrdir.
Di gəl, başa sal bu qanmazları. At kimi “noo-duu” (him-cim) ilə sürülə bilinməyən eşşəyi bizləməklə sürürlər. Niyə bu adi şeyləri görmür və qanmır bu korlar və qanmazlar ki, allah bütün bu gözəllikləri nə üçün yaratmışdır?
Yox, bu allaha küfrdir.
Di gəl, başa sal bu qanmazları. At kimi “noo-duu” (him-cim) ilə sürülə bilinməyən eşşəyi bizləməklə sürürlər. Niyə bu adi şeyləri görmür və qanmır bu korlar və qanmazlar ki, allah bütün bu gözəllikləri nə üçün yaratmışdır?
суббота, 19 января 2013 г.
Pişiyimin azadlığı
Uşaqlıqda bir sevimli pişiyim var idi.
Soba altı qışlaqğı, yük üstü yaylağı idi. “Ağzımın tikəsini” də verməklə, onu
naz-nemətlə bəsləyirdim. Buna baxmayaraq, hazır yeməkdən, hərəkətsizlikdən əzgin-üzgün
idi. Qış günlərinin birində sevimli pişiyimiz evdən yox oldu. Onun itməsi mənə
çox pis təsir etmişdi. Darıxırdım onun üçün.
пятница, 28 декабря 2012 г.
"Dəvə qızması" və ərəb təsbehi
Deyirlər, “dəvə qızması” olmasaydı, dəvə də olmazdı.
Bu, “məhəbbət olmasaydı insan da olmazdı” qədər həqiqətdir.Böyüklüyünə
baxmayaraq, dəvə o qədər sakit, üzüyola heyvandır ki, bir “xıx” deməklə dizləri
üstə oturar, cullayıb yükləyərsən, özün minərsən, yenidən “xıx” desən, durub səni
və yükünü istədiyin yerə aparar. Lakin dəvə qızdısa, üzünü görmə. Heç nəyə
baxmaz, vurub hər şeyi aşırar, dağıdar, oba-oba keçərək “tayını” axtarar. Axı
belə olmasaydı dəvə də olmazdı. Yəni bu, dəvəliyi dünyada saxlamaq üçün allahın
təyinatıdır. Dəvə bilir ki, əgər allahın bu təyinatı pozularsa, dünyada dəvə
olmayacaqdır.
вторник, 18 декабря 2012 г.
"Əvvəl sözdür", deyirlər. Soz nədir? Əvvəl sözdürmü?
“HAMI ÜÇÜN FƏLSƏFƏ”. Eynşteyn nisbilik nəzəriyyəsilə meydana çıxanda
dünyanın ən tanınmış zəka sahibləri tərəfindən də dərk edilmədiyindən, onun
haqqında hətta “sağlam düşüncənin pozulması” (dəlilik) kimi
iddialar da səsləndirildi.
четверг, 6 декабря 2012 г.
Əsarətdə olan xalqın qibtəgahları
Əsarət xalqın “qaymaqlar”ının, zəka, intelekt sahiblərinin,
ziyalılarının başından basır, “çör-çöplər”ini, mənəviyyatsızlarıni isə üzə çıxarır.
“Çör-çöplər”in bir hissəsini həmişəlik,
digərlərini isə ən mühüm anlarda istifadə üşün xalqın “qibtəgahı” (“xalqın
adamı”) etmişlər. Xalqın “qaymaqları” isə
H. Cavid olub sibirdə məhv olmamaq, S. Vurğun olub məddaha çevrilməmək üçün,
istedadlarını içində boğub susmağa, “külünü başına tökməyə” vadar edilmişlər. Xalqın dahiləri, onu ağ günlərə çıxara bilənlər
Cavidlə Səməd aralığındakı “bataqlıq”da məhv olub getmişdir.
среда, 5 декабря 2012 г.
Bayatılar
Yaylaq, yola
sal, köçüm,
Dağ, dərə, həm
sal keçim.
Qoyunda
saqqal olmaz,
Öndədir
“saqqal keçim”.
Əzizinəm,
qurddular,
Dağda oba
qurdular.
Dağlar tülkü
yetirməz,
Oğullar boz
qurddular.
Подписаться на:
Сообщения (Atom)