понедельник, 25 ноября 2013 г.

İdeologiyaların "rəqsi" və onun törətdiyi "dalğalar"


Dünya rəqslərdən və onların törətdiyi dalğalardan ibarətdir. Bu, ictimai ideologiyalarla  ilgili proseslərdə də özünü göstərir.
 İdeologiya “saf” yaranır. Onda eybəcərliklər yaranıb artdıqca  insanlarda ona ikrah (nifrət), azaldıqca isə rəğbət (məhəbbət) yaranır. İdeologiyalara qarşı ikrah və rəğbət, vaxtaşırı olaraq biri digərilə əvəzlənməklə, təkrarlanır. Bununla, sanki, rəqsi bir “hərəkət” alınır. Bu rəqslər də bəşəriyyəti  “yırğalayan” (idarə edən) bir   “dalğa” yaradır.

среда, 10 июля 2013 г.

MENTALİTET, MƏİŞƏT LEKSİKONU VƏ ƏDƏBİ LEKSİKON

Yəqindir ki, “orta statistik” azərbaycanlı gündəlik dilə gətirdiyi və qulaqlarına dolan sözlərin çoxunun əsl mənasını bimir.  40 illik müəllimlik təcrübəmdən o da yəqindir ki, dilə gətirilən hər hansı cümlədə bir və ya bir neçə sözün əsl mənası dinləyiciyə məlum deyilsə, həmin cümlənin ifadə etdiyi fikir də ona aydın olmur. O leksikon aydın ifadə vasitəsi olur ki, o, ədəbi leksikonluqdan məişət leksikonuna çevrilsin.

суббота, 6 июля 2013 г.

ŞAİRLİK BİR XƏSTƏLİKDİRMİ? XƏSTƏLİKDİRSƏ ONUN ADI NƏDİR?


Şairliyin insanlara başqa xeyri olmasa da (yoxsa onu da bizə verməzdilər), fikri yığcam və dolğun ifadə etməyə gözəl bir vasitədir.
 Şairliyin bir xəstəlik olmasına əmin idim.  Lakin  insanları o həqiqətə inandırmaq üçün onun adını tapmağa çox çalışdım. Uzun düşünmələrdən sonra, görünür nəhayət ki, tapmışam (onu da adamlar təsdiq edərsə).

пятница, 12 апреля 2013 г.

"Ruhdan düşən insanın atı da çapmaz"



Ruhu maddi yox, mənəvi qida ilə yüksəldirlər. Bədii-mənəvi abidələri olmayan xalqlar məhvə məhkudur. Monqoldan Osmanlıya qədər olan türk xalqları at çapıb, qılınc oynadarkən, qonşuluqdakı “məzlum” xalqlar özlərinin bədii-mənəvi abidələrini (əlifbadan ədəbiyyata, mədəniyyətə qədər) yaratmışlar.

воскресенье, 31 марта 2013 г.

Niyə bu xalq bu gündədir?


Cəmiyyətdə kimi dindirirsən dili “niyə biz bu gündəyik” gileyi ilə doludur.
Dünyada heç nə, heç vəziyyət səbəbsiz olmur. Görəsən bizdə olan bu vəziyyətin səbəbi nədir?
İnsanın ikinci (ruhi-mənəvi) yaranışı, körpəlikdə ailədən başlayaraq, boya-başa çatdığı cəmiyyətdə baş verir. O cəmiyyətdə ruhi-mənəvi nə varsa ancaq onlar ona hopur. Həm də hamının çox əhəmiyyət verdiyi nümunələr daha çox hopur. Əsarətdə olan cəmiyyətlərdə nümunəni onun eybəcərliklərindən yaradırlar.

суббота, 16 февраля 2013 г.

Gördüklərimə, yoxsa eşitdiklərimə inanım?


“Min dəfə eşitmək, yoxsa bir dəfə görmək yaxşıdır”?
Bunun cavabını müdriklər çoxdan vermişdir. Lakin “nədən?”i  hələ soruşulur. Bu, ondandır ki, lənətə gəlmiş qulaq, insanın hiss orqanı kimi, yalanı da eşidə (qəbul edə) bilir. Yarəb, eşitdiyi minlərdən biri doğru ola, ya olmaya. Qurban olduğum müqəddəs göz  isə ancaq olanı (doğrunu) görür. Onda öz sahibini aldatmaq “qabiliyyəti” yoxdur. Vay o cəmiyyətin halına ki, orda  görünənləri yalan, eşidilənləri doğru hesab edirlər.

понедельник, 4 февраля 2013 г.

Çoban Xanışın prezidentlik təlimi


 ÇOBAN XANIŞIN PREZİDENTLİK TƏLİMİ
**********************************
 Keçmişdə ağıllı padşahlar dövləti yaxşı idarə etmək üçün məmləkətdə müdrik axtarışına çıxarmışlar. Ətrafında çoxlu müdrik insanlar olan padşahların işi çox avand və rəvan olarmış. “Ulu öndər”imiz də bu qaydadan çox məharətlə istifadə etmişdir. Onun çoban Xanış ilə dostluğu buna nümunədir.