среда, 29 октября 2014 г.

“Qaragilə”dən “Qolubıye qlaza”ya qeder

Baharın ilk günlərindən biri idi. Təbiətdə hər şey canlanır, dəyişir, eyni zamanda dəyişməz qalırdı. Bağ -bağça öz yerində idi. Gül-çiçək açmış, bülbül qızıl gül budağına qayıtmışdı. Evimizin qarşısındakı əzəmətli palıd və onun zirvədəki vudağı öz yerində idi. Torağay öz yerinə qayıtmış, orada cəhcə vururdu. Evimizin tavanı öz yerində idi. Qaranquş qayıtmış, insanlara ən yaxın yerdə yuva qurmuşdu. Pervane şamın başına dolanmaqla sevgisini ifade edirdi.


Təbiət özünün dəyişkənliyi və dəyişməzliyinə sadiqdir. Bəs onun bir parçası olan insan? Görəsən o, niyə belə deyil?
Həmin günlərin birində qonşu evin eyvanından çal-çağır, sevinc səsləri eşidilirdi. Bir qədər diqqət etdikdə məlum oldu ki, qonşunun Rusiyadakı oğlu orada evlənib. Toy kasetlərini də göndərib ki, evdəkilər –ata-ana, bacı-qardaş, qohum-əqrəba baxıb sevinsinlər. Özüm də bunu bir neçə gün əvvəl eşitmiş, qonşuma gözaydınlığı da vermişdim. Birazdan övladlarımı götürüb qonşumun şənliyinə qoşulmaq fikrində idim. Toy kasetinin musiqi və mahnı səsləri içərisindən daha yüksək və daha tez-tez “qolubıye qlaza” (mavi gözlər) mahnısı eşidilirdi. Bundan halım pərişan olmuşdu. Eyni zamanda, başqa qonşunun açıq pəncərəsindən bir qızın “qaragilə” mahnısının həzin zümzüməsi eşidilirdi. Bu zümzümə həzin bahar mehinin gətirməsilə qulaqlarıma dolurdu. Bilirdim ki, bu oxuyan qız toy kaseti oxunan oğlanın Rusiyaya getməzdən əvvəlki sevgili- nişanlısı idi. Əhdi -peymandan sonra Rusiyaya toy-düyün ardınca getmişdi.
«Qolubıye qlaza”nın gur səsi “qaragilə”nin həzin səsini batırıb eşidilməz edirdi. Halımın pərişanlığı artıq ürək ağrısına  çevrilmekde idi. Bu vaxt, arxasında bükülüb oturduğum masanın üzərində bir damla göz yaşı gördükdə diksindim. Öz-özümə “axı, atalar “kişi ağlamaz” deyiblər” dedim. Kişi ağladıqca dərdi boşalar, mütiləşib manqurtlaşar axı. Ve düşündüm ki, “Azərbaycanda ən çox ağıllılar dəli ola bilər”.

Həmin gün məyus durumda idim. Ondan idi ki, qonşumun “sevinci”nə qoşula bilməyib, onun yanında “üzüqara” qaldım.

Dərdlə dolu sən bir vulkan,
Oyan, püskür, Azərbaycan!

Atalar “igidin ayağı vətən torpağının, özü isə ailəsinin üstündə olar” deyiblər. Buna əməl etməyənlər həmişə bəla ilə üzləşir.

Комментариев нет:

Отправить комментарий