четверг, 31 мая 2012 г.

Qınamayın söyüdü

"Bəhərverməz" deyərək,
Qınamayın söyüdü.
Günah özündə deyil,
Götürmürsə öyüdü.

Qınamayın, varıdır
Ggüssəli ayı, ili.
Balasız ana kimi
Çoxdur onun nisgili.

Tanrım-ana təbiət
Güdrətindən pay vermiş,
Gen açmış yarpaqların,
Yaşıl dona bürümüş.

Çiçəklənmək bəhərin
Başlıca şərti imiş,
Tanrım onu söyüdə,
Nədənsə, əsirgəmiş.

Söyüdün yarpaqları
Gözlərimdir, həm ünüm.
Çiçəkləri dilimdir,
Tanrımsa darülfünün.

İkimiz də birik biz,
Görürmərik öyüdü.
Gühah özündə deyil,
Qınamayın söyüdü.



     
                


           
                   

                                                                                                                                                                                                                                                      

Комментариев нет:

Отправить комментарий