суббота, 19 января 2013 г.

Pişiyimin azadlığı


Uşaqlıqda bir sevimli pişiyim var idi. Soba altı qışlaqğı, yük üstü yaylağı idi. “Ağzımın tikəsini” də verməklə, onu naz-nemətlə bəsləyirdim. Buna baxmayaraq, hazır yeməkdən, hərəkətsizlikdən əzgin-üzgün idi. Qış günlərinin birində sevimli pişiyimiz evdən yox oldu. Onun itməsi mənə çox pis təsir etmişdi. Darıxırdım onun üçün.

Kənd yeri idi. Evimizin yaxınlığında xırman yeri və orada kolxoz fermaları üçün ot, saman təpilmiş samanlıqlar var idi. Orada sərçə-quş, siçan-muş çox olurdu. Pişiyin itməsindən xeyli vaxt keçmişdi. Yaz ayları idi. Xırmanlığın ətrafında quzu otarırdım. Samanlığın yanında yekə, hürkək bir pişik gördüm.Əvvəl onu çölpişiyi bildim. Axı çölpişikləri çox böyük və sağlam olurlar. Buna baxmayaraq, rəngindən, gözlərindən mənim sevimli piçiyimə bənzəyirdi. Gözlərində mənə qarşı maraq, həsrət görünürdü. Bütün əlamətlərinə görə öz sevimli pişiyim olduğuna inansam da, onun o böyüklükdə, o sağlamlıqda olması məni çaşdırırdı. Yaxınlaşmaq istədim, hürkdü. Uzaqlaşmaq isdədim, dalımca yürüdü. Bundan öz sevimli pişiyim olmasına tamam inandım. Həmin gün, çox hürkdüyündən, olmasa da, növbəti günlərdə öz sevimli pişiyimlə qovuşa bildim. Əllərimi, üzümü yalayaraq sanki məni öpüşlərə qərq etdi. Mən də xeyli tumarladım. Mən ondan, o da məndən doymurduq. Evə aparmaq da istədim. Lakin düşündüm ki, bu gözəlliyi, bu sağlamlığı ona onun AZADLIĞI-özünə lazım olan hər şeyi özü əldə etməsi vermisdir. Onu o AZADLIQdan məhrum etmək çox böyük günah olardı. Ona görə də onu sərbəst buraxdım. Qərara gəldim ki,o gündən sevimli pişiyimlə ancaq onun azad məkanında görüşüm. Elə də etdim. Mən ondan, o da məndən doymurdu. Axı o da, mən də AZAD idik.        

Комментариев нет:

Отправить комментарий