среда, 27 июня 2012 г.

İslam bizə nə verib?


                                 
Dinin cəmiyyətdə həmişə rolu olub, indi də vardır. Dinsiz cəmiyyət yoxdur. Sivil cəmiyyətlərdə onun rolu və yeri (küncü) tamamilə myəyyəndir. Avropada inkivizisiyaya qədər vəhşiləşmiş xristianlıq artıq cəmiyyətdə əsl yerini tapmışdır. Xristianlıq artıq insanların rəğbət bəslədiyi həddədir.

Din maddi dolanacaq yox, mənəviyyat-ruhaniyyət dünyasıdır. Onun insanlara təsiri və özünün qələbəsi də ruhani dünyanın vasitələri (məhəbbət, nifrət və b.) ilə olmalıdır. Bunu İsa peyğəmbərin timsalında aydın görmək olur. Onun yaşadığı məmləkətin padşahı adamları “yoldan azdırmasın” deyə bir neçə dəfə ona xəbərdarlıq edir və vaxt verir ki, iddialarından əl çəksin. Isa petğəmbər isə hər dəfə ona “mən haqq yolundayam, qələbə mənimlədir” deyir və həmişəki kimi işlərinə davam edir. Nəhayət, edam günü də peyğəmbər eyni sözləri deyəndə padşah, “artıq bu gün edam olunursan, məhv olmaqlamı qələbə qazanırsan? Bunu başa düşmürəm” deyə istehza edir. Peyğəmbər ona “bəli, elə bu  mənim qələbəm olar. Çünki. siz haqq yolunda olan insanı məhv etdiyiniz üçün, insanların  NİFRƏTini, mən isə haqq yolunda ölümə də getdiyim üşün MƏHƏBBƏTini qazanaram” deyir. Həmin MƏHƏBBƏTdir ki, İsa peyğəmbəri  insanların qəlbində indi də yaşadır.. Ondandır ki, xristianlıq abırını qoryub saxlaya  bilmişdır.
     Bəs bu, islamda necədir? Onun da insanlara təsiri və özünün qələbəsi mənəvi (ruhani) dünyanın vasitələriləmi (məhəbbət, nifrət və b.) baş vermişdir? Təəssüf ki, yox. İslamın zorakı din olması barədə çox deyilib. Müsəlmanlara “qılıncdandönmə” deyirlər. Haqqı deyən kimi, islamın yaratdığı cəhalət sayəsində, dünyada dəhşətli bir “hay-küy” qopur. İnsanın qəlbindəki məhəbbət və nifrətə heç kim hökm edə bilməz.. Atalar, “zülüm ilə abad olan axırda bərbad olar”,deyiblər. “İslam inkvizisiyası” hələ qabaqdadır. Rafiq Tağı isə onun qurbanlarından biridir. Çarəsi,  “küfrü” tövbə edib əsl allahı tanımağımızdadır. Elə Rafiq Tağının tapındığı da əsl (insanların qəlbində yer tapan) allah idi. Axı, o, “allahım, hər şeyi sənin üçün etdim” deyirdi. Onun allahı var idi. Həm də əsl allah.    
Hər şey müqayisədə dəyərini tapır. İslam və xristianlıq dünyada ən böyük dinlərdir. Xristianlıq maddi və  mənəvi dünyanın qədrini yaxşı bilir. Hətta maddi dünyalıq stimulları da vardır. Xristian deyir: “Allahım, məni, verdiyin bütün imkanlarla (şüur və b.) yaratdığın üçün sənə şükürlüyəm və sənə ibadət edirəm. Artıq istəsəm nankor olaram”. Yəni, istədiklərimi verdiyin imkanlarla (şüurla) əldə edərəm. Xristianın allahı isə deyir: “Verdiyim imkanlardan (şüur və b.) istifadə etməyələri sevmərəm”. Allah bununla bildirir ki, onda insan üçün şüurdan dəyərli bir şey yoxdur. Deməli, allahdan bundan artıq bir şey istəmək ona küfrdir.
İndi görün, müsəlman allahdan nə istəyir?  O, “allah, məni yaratmısan, nə istəyirəmsə yetir” deyir. Bu istəkləri  gündə 5 dəfə namaz qılmaqla bildirir. Deyilənləri nəzərə alsaq bu, allaha kufrdir.Bəlkə ondandır ki, müsəlmanların işləri avand olmur.
İslam ərəbə, farsa fayda gətiribsə də, Azərbaycan türklərinə ancaq zərər gətirmişdir. Şah İsmail Xətainin şiəlik vasitəsilə Azərbaycan türklərini kökündən- türk dünyasından ayıraraq, farsın “qoltuğuna sığındırması xalqımıza vurulmuş ən böyük zərbədir, hansı ki, hələ də onun təsirindən çıxa bilmirik. Fars şiəlik vasitəsilə Azərbaycan türkünün qəddini elə əyib ki, düzəlməyi müşkül işdir. İnsanlar üçün məscid, namaz, imam təziyələri və sairədən başqa həyat təskinliyi yoxdur.      

Комментариев нет:

Отправить комментарий