Müqəvva bir bostanda
Yetişdi “ada, sana”.
Meşənin
qorunması,
Məhz,
tapşırıldı ona.
Balaca ikən, həmən,
“Böyüdü” o,
daxilən
Balacalıq
burdaca
Tamam yetişdi
sona.
O, meşədə hər
yeri,
Hər kolu bəyənmədi.
Əzəmətli
Palıdın
Geniş çətrini
seçdi.
Cır-cındır
qollarını
Bu zirvədə gen
açdı,
Dik süpügə
başını
Ta, göylərə
ucaltdı.
Əngin, zəngin meşəni
O, bostanca
sayırdı.
Sanırdı ki, hər
yana
Özü işıq
saçırdı.
Meşənin
sakinlərin
Etdikcə o
xəbərdar,
-Bu gündən bu
meşəyə
Mənəm–deyirdi-sərdar.
Açıqlayıb niyyətin
Bəyan etdi hər
yana.
Qorxutdu həm
Qartalı,
Hədə gəldi
Aslana.
Yan-yörəsində onun
Tülkü quyruq
buladı,
Təriflənən boz
çaqqal
Ağız dolu
uladı.
Palıdın
kölgəsində
Mərd Aslan dincələrdi.
Kölgə üçün
Palıda
Minnətin
bildirərdi.
Məğrur Qartal
zirvələr
Tacı idi
əzəldən.
Haqq-ədalət meşədə
Hökum sürürdü
həmən.
Uca dağlar
Qartala
Doğmaca
ev-eşikdi.
İti gözlər
zirvədə
Vətən üçün
keşikdi.
Müqəvvanın
gözündə
Hər şey idi lap
“bala”.
Hədə-qorxu
gəlirdi
Aslana, həm Qartala.
-Mən olan
yerdə-deyir
-Aslan nərə
çəkməsin.
Vətənin keşiyinə
Qartal tamah
salmasın.
Aslan, Qartal düşünür:
Nə desin və
neyləsin?
Haqq-ədalət
tapdanıb,
Desin-“böhtan” eyləsin?
Ondan, o gündən
Aslan
Köç etdi bu meşədən.
Qartal uçdu,
durmadan,
Özgə dağlara,
həmən.
Qoca palıd
sonradan
Yəgin etdikdə
bunu,
“Ovuşdurdu”
yaxşıca,
Müqəvvanın
burnunu.
Əsdi, həm coşdu
Palıd,
Söydü də bu
andırı.
Çətrindən atdı,
həmən,
Müqəvvanı-cındırı.
Huşunu
itirmişkən,
Müqəvva uçdu,
uçdu.
“Oyananda” özünü
Kiçik bostanda gördü.
Комментариев нет:
Отправить комментарий