четверг, 6 декабря 2012 г.

Əsarətdə olan xalqın qibtəgahları


Əsarət xalqın “qaymaqlar”ının, zəka, intelekt sahiblərinin, ziyalılarının başından basır, “çör-çöplər”ini, mənəviyyatsızlarıni isə üzə çıxarır.  “Çör-çöplər”in bir hissəsini həmişəlik, digərlərini isə ən mühüm anlarda istifadə üşün xalqın “qibtəgahı” (“xalqın adamı”) etmişlər. Xalqın  “qaymaqları” isə H. Cavid olub sibirdə məhv olmamaq, S. Vurğun olub məddaha çevrilməmək üçün, istedadlarını içində boğub susmağa, “külünü başına tökməyə” vadar edilmişlər.  Xalqın dahiləri, onu ağ günlərə çıxara bilənlər Cavidlə Səməd aralığındakı “bataqlıq”da məhv olub getmişdir.

Buradan belə bir sual doğur: bəs xalqın Bəxtiyar Vahabzaqə kimi qibtəgahı Cavidlə Səməd aralığındakı “bataqlıq”da özünü və sözünü necə yaşatdı? Buna imkan verilməli idimi? Yaxud verilən imkan nə ilə bağlı idi? Bax budur, KQB-lik alt qatlardakı məkr. Görünür ki, Cavidlə Səməd aralığındakı “bataqlıq”da ozünü və sözünü yaşada bilən yeganə qüdrət sahibi B. Vahabzadə olmuşdur. Yəqindir ki, bu imkan da ona, müəyyən mühüm anlarda, ondan istifadə üçün,  verilmişdi. Axı mühüm anlarda xalqın hərəkat yönünü dəyişmək üçün onun qibtəgahını “qibləgah”ına çevirmək lazım gəlir. Görünür, xalqın qibtəgahı olmuş B. Vahabzadəyə, sözünü və özünü saxlamaq imkanı da elə ona görə verilmiş imiş. Hansıki, H. Əliyev Böyük Xalq Hərəkatı yönünü dəyişib onu heçə endirmək üçün o qibtəgahdan “qibləgah” kimi, məharətlə istifadə etdi. Heydər, türk xalqlarına münasibətdə ona “onlar bizdən deyil, qıyıqgözdürlər” deyizdirdi və s. Axıra o qalır ki, “sənə güvəndiyim dağlar, sənə də qar yağarmış” deyəsən.       

Комментариев нет:

Отправить комментарий