среда, 5 декабря 2012 г.

Bayatılar


Yaylaq, yola sal, köçüm,
Dağ, dərə, həm sal keçim.
Qoyunda saqqal olmaz,
Öndədir “saqqal keçim”.

Əzizinəm, qurddular,
Dağda oba qurdular.
Dağlar tülkü yetirməz,
Oğullar boz qurddular.


Əzizinəm ahəngə nə,
Su axarlı, səhəngə nə.
Azərtürk canın üzübdür,
Ruslu- farslı bu məngənə.

Əzizinəm gül islamım,
Məhəbbətim, dinim, sanım.
Hey aftafa işlətsəm də,
Qaşınmaqda hələ yanım.

Əzizinəm sal, gəlsin,
Yaltaqlara yal gəlsin.
-Yox, havayı vermərəm,
Çevir bəri, dal gəlsin.

 Dünyanın hər yerində xalq hərəkatlarının vahid lideri olur.
Analoqu olmayan Azərbaycanda isə qoşa-qoşa.

Əzizinəm “hoşa!” gəldi,
Əli, İsa qoşa gəldi.
Elə məkr etdilər ki,
Xalq istəyi boşa gəldi.

Əzizinəm özündə,
Məna yox həm sözündə
Ahəng  özü pozuldu
Elə ahəng sözündə.

Комментариев нет:

Отправить комментарий