вторник, 20 ноября 2012 г.

Özüm türk, yoxsa sözüm "türk"?



Çoxları Azərbaycanda “türk-türk”, “boz qurd” və s. deyə bağırmaqla millətçiliyin tuğyan etməsini qınaq edir. Qloballaşmaya üz qoymuş dünyada millətçilik sivil insanlarda ikrah hissi doğurmaya bilmir. Lakin tarixə diqqət etdikdə görünür ki, insanlar qlobal humanizmə milli haqlarina yetdikdən sonra qədəm qoya bilirlər.
Xalq, əsasən, onda millətçiyə çevrilir ki, onun özünün, dilinin, dövlətinin adı,  insanların adları, soyad sonluqları zorən özgələşdirilmiş olsun. Əsrlərlə davam etmiş əsarətlər Azərbaycan türkçülüyünü məhz bu vəziyyətə salmışdır. Düzdür, Azərbaycan adlanan məmləkətdə təkcə Azərbaycan türkləri yox, digər etniklər də yaşayır. Dünyada,əsasən, dövlətlərin adı da, dövlət dili də həmin dövlətin tərkibində olan ən çoxsaylı millətin adıyla adlanır. Azərbaycanda, (əksəriyyəti, 80%-dən çoxu Azərbaycan türkü olduğu halda) isə bu dünyavi qayda pozularaq, guya, etniklərin hamısına xoş olsun deyə, bir ümumi Azərbaycan adı götürülmüşdür. Çoxsaylı bir millətin onunla, təbii olaraq, birlikdə yaşayan etniklərlə münasibəti-yola getməsi heç də dövlətin və ya onun dilinin adlanmasından asılı deyil. Bunu bəhanə edənlər, əslində başqa, Azərbaycan türkçülüyünü yox etmək məqsədi qoyublar. Belə olan halda Azərbaycan türkü necə “türk-türk” bağıraraq “millətçi” olmasın? Çoxbilmişlər əvvəlcə xalqın ilkin milli haqlarını tapdalayaraq, onu millətçi olmağa sövq edir, sonra da “millətçi”liklə damğalayırlar. Hər bir xalqın, eləcə də Azərbaycan türkünün, ilkin milli haqlarına yetməyincə, “millətçi” olaraq qalması tamamilə təbiidir. Azərbaycanın “özüm türk”lüyü əlindən alındığı üçün “sözüm türk”lüyü şiddət etmişdir. Buna görə Azərbaycan türklərini qınaq edənlər haqlı deyillər.     

Комментариев нет:

Отправить комментарий