среда, 15 августа 2012 г.

Özgələşməyə meylin səbəbləri


İnsanın öz əlindən bir iş gəlməyəndə özgənin yaratdıqlarına heyran olub, həsəd aparır. Əksinə, özgədən əvvəl özü nəyə isə nail olduqda fəxr edib, gurur duyur. Fəxr, gurur ruh yüksəldir. Yüksək ruh isə insanı yeni nailiyyətlərə yetirir. Belə mənəvi vəziyyət olmayan  cəmiyyətlərdə dirçəliş, tərəqqi də olmur. İnsan fəxrlə yaşayır. Özündə fəxr etməli bir şey olmayanda, özünü həsəd apardığı özgəyə oxşatmaqla təskinlik tapır. Beləliklə, özgələşməyə meyl fomalaşmağa başlayır.

Sovetlərin vaxtında, cəmiyyət üçün ən təsirli vasitə olan radio və televiziyada yaxşı nə var idisə Moskvadan verilirdi. Uşaqlara həsr olunmuş proqramlar, multfilmlər xüsusi heyranlıqla izlənirdi. Milli radio və televiziyalarda isə uşaqlara həsr edilmiş proqram və multfilmlər Nəinki uşaqların, böyüklərin də zəhləsini aparan vəziyyətdə olurdu. Uşaqlar üçün, əsasən, ya “Ələddinin sehrli çubuğu”, ya da “ovçu Pirim”in yalanları verilişləri, bir də “tıq-tıq xanım” və “cırtdan” multfilmləri verilirdi. Eyni vaxtda Moskvadan, uşaqları texnika, mənəvi dəyərlər elementlərilə tanış edən məna zənginliyinə malik multfilm və proqramlar verilirdi. “Ələddinin sehrli çubuğu” ilə uşaqlara hadisənin mahiyyətinə varmadan onu qəbul etmək, “ovçu Pirim”lə yalana inam, “tıq-tıq xanım” və “cırtan”la isə ancaq primitiv duyğular sırınır, təlqin edilirdi. Uşaqlar təkrar-təkrar verilən eyni şeylərdən bezib, Moskva “zənginlikləri”nə həvəs göstərir, eyni zamanda, rus dilini öyrənir, ana dilinə həqarət yaranırdı. Budur özgələşmə meylinin cəmiyyətin mayasına sırınması.
At çapıb, qılınc oynatmağıyla  öyünməyinə, böyük bir coğrafi məkanda yer tutduğuna baxmayaraq, türk xalqları tarixən bir çox mühüm işlərdə özünü çox geridə qoymuşdur. Din, əlifba, mədəniyyət, dövlətçilik ənənələrinin yaradılması bəşəri tərəqqinin mərhələləridir. İndiki mərhələdə artıq əhəmiyyətini itirsə də, o vaxtlar dinə yetmək də xalqlar üçün fəxr, gurur yeri olmuşdur. Musa, İsa və başqa peyğəmbərlər özlərinə allah, din yaradanda, boyük ərəb xalqının Məhəmməd adlı oğlu da səmavi din baxımından geridə qalmamaq üçün islamı yaratmışdır. Türklərdən onlarla dəfə az olan “ayıq” farslar da, yaranmış fürsəti əldən verməyərək, şiəlik təriqətini özləri üçün dinə çevirmişdir. Dünyada ayıq xalqlar, azsayl yaxud çoxsaylı olmalarına baxmayaraq, özlərinə əlifba yaratmaq qaygısına qalıblar. Mədəniyyətin, dövlətçiliyin əsası əlifba-yazı ilə qoyulur. Bütün bunlar xalqların bəşəri tərəqqi ilə ayaqlaşmasıdır. Bu ayaqlaşmada, bu yarışda iştirak etməyən hər hası xalq, bunlar üçün özgəyə əl açmağa məhkumdur. Özgəyə əl açmaq elə onu bəyənmək, ona heyran olmaq, ona həsəd aparmaqdır. Bu da özgələşməyə meylin səbəblərindən biridir.
Çox olmaqlarına baxmayaraq, türk xalqları, tarixən, başları at çapıb, qılınc oynatmağa qarışaraq, din, əlifba, mədəniyyət, dövlətçilik ənənəsi yaratmaq qayğısına qalmayıblar. Ondandır ki, təkcə Osmanlı türkündən başqa, bütün türk xalqları, hələ də, özgələrin qanadı altındadır. Yiyəsizlikdən, əlifbasızlıqdan, özgə dinlərinin onun “belini bükməsindən” pis günə qalmışdır. Soyadını belə bilməyən türkə “ruskiy İvan” soyad yazmışdır. Birləşib dünyavi proseslərlə ayaqlaşmayan xalqların aqibəti bundan artıq ola blməz. Balaca gürcü, erməni, fars və b. xalqlar çoxdan özlərinə əlifba, ad-soyad yaratdıqları halda, əksər türk xalqları, hələ də, ona möhtacdır. Ancaq “boz qurd”am deyib, özünü öyməklə məşğuluq. Xalqlar var, “mələk donuna” girərək, min cür dəhşətlər, vəhşiliklər törədir, adını isə “məzlum dovşan” qoyur. Bizlər isə məzlum-özgə qoltuğunda olduğumuz halda özümüzü “boz qurd” adlandırırıq.
                                    Lənətlənmiş canavar
                                    Yırtıcılığın danır.
                                    Zərif dovşansa, yəqin,
                                    Özünü “boz qurd” sanır.
Bəli, tarix türkü özündən çıxarıb. Özünə qayıt, Türk!. Özünə qayıt ki, sıfırdan başlayasan. (Məni qınamayın. “Həqiqəti deyəndə allah adama qənim olmaz”.) Yeni din-Türk Tanrısı yaratmaq gecdir artıq. Çünki sivlizasiyanın din mərhələsi ötmüş, artıq tarixin arxivinə verilməkdədir. Ümumi türk əlifbasını, türk birliyini, ortaq tyrk dilini isə həmişə yaratmaq olar.     

Комментариев нет:

Отправить комментарий