воскресенье, 5 августа 2012 г.

İnsanın yaratdığı allahların biri-birindən fərqi


Materialist filosoflardan biri demişdir ki, “insanı allah yox, allahı insan yaratmışdır”. Burada böyük həqiqət vardır. Mən isə, “allah yaratdıqda yaxşısını yaratmaq lazım idi”, deyirəəm. Doğrudan da İsanın yaratdığı allah Məhəmmədin yaratdığından qat-qat ədalətli, məntiqli və dünyavi tərəqqiyə stimulludur.

Allah, din ruhaniyyət aləminin anlayışıdır. Onun işləri də, qələbəsi də ruhaniyyət aləminin vasitələrilə (məhəbbət, nifrət və s.) həyata keçməlidir. İsanın allahı ona görə ədalətli və məntiqlidir ki, onu ruhani vasitə-məhəbbətlə yaratmışdır. Dövründəki padşah, yolundan çəkindirmək üçün dəfələrlə ona xəbərdarlıq edib vaxt verərkən, İsa ona “mən haqq yolundayam, qələbə mənim olacaq” deyirmiş. Sönuncu dəfə-edam olunduğu günü də elə deyir. Padşah, “bu gün məhv olursan, başa düşmürəm ki, bu, sənin üçün necə qələbə olacaq?”deyə soruşduqda İsa cavabında deyir: “mən haqq yolunda ölumə də getdiyim üçün insanların qəlbində məhəbbət, sən isə haqq yolunda olan adamı məhv etdiyin üçün nifrət qazanacaqsan. Həmin məhəbbət mənim qələbəm olacaq”. Elə həmin məhəbbətdir ki, İsanı indi də insanların qəlbində rəğbətlə yaşadır. Bunun əvəzində Məhəmməd neynəmişdir? Əli qılınclı Əli kimi qoçularıyla əlehdarlarının başlarını üzərək, “qələbə”ni ruhani dünyanın yox, dünyavi vasitə (qılınc) ilə əldə etmişdir.
İsanın yaratdığı allah dünyavi tərəqqiyə stimul yaradandır. Xristian allahına deyir: “allahım, məni, verdiyin bütün imkanlarla (eləcə də şüurla) yaratdığın üçün sənə şükürlüyəm və ibadət edirəm. Səndən daha heç nə istəmirəm. Özümə lazım olanı isə verdiyin şüurla əldə edərəm”. Xristianın allahı isə deyir: “verdiyim imkanlardan (eləcə də şüurdan) istifadə etməyənləri sevmərəm”. Məhəmmədin allahı bunun əvəzində, müsəlmanın əl qolunu bağlayıb, cəhalətə yuvarladır. Müsəlman deyir: “Allahım, məni sən yaratmısan, nə istəyirəmsə yetir”. Müsəlmanın allahı isə deyir: “məni tanısan, o dünyada cənnətə gedəcəksən”.  
İsanın allahı xristianın talehini onun şüurundan asılı etdiyi halda, Məhəmmədin allahı isə müsəlmanı birbaşa özündən asılı edir. Budur insanların yaratdığı allahlar arasındakı fərqlər. Kor da görər ki, hansı yaxşıdır?..

Комментариев нет:

Отправить комментарий