вторник, 7 августа 2012 г.

Diktatorluğun fəlsəfəsi


Bəşəriyyətin bir hissəsi, hələ də, diktatorluq bəlası yaşayır. Hər bir hadisənin, vəziyyətin yaranma səbəbləri olur. Diktatorluğun səbəbi (onu yaradan) məddanlıqdır. Göründüyü kimi, məddahlıq və diktatorluq qeyri-sivil (geridə qalmış) cəmiyyətlərdə baş alıb gedir. Sivil (inkişaf etmiş) cəmiyyətlərdə isə onun yerini demokratiya, yüksək mənəvi dəyərlər tutur. Məddahlığın səbəbi (onu yaradan) isə ehtiyacdır.

Əksər hallarda vəziyyətlər insanların istəyindən yaranır. Diktatorluğu qarşısına məqsəd qoyanlar insanların istəyini, təlqinlə, ona yönəldirlər. İnsanın ilkin istəyi onun yaşam ehtiyacıdır. Bu, hər bir  cəmiyyətdə, dövlətdə özünə iş-güc, “çörək yeri” tapmaqdan ibarətdir. Əgər bir ölkədə 5 nəfərdən ancaq 3-ü üçün iş yeri varsa və ancaq məddahlığa görə kimə isə verilirsə, onların 5-i də məddah olmağa məhkumdur. Məddahlıq artdıqca diktatorluq da möhkəmlənir. Deməli, diktatorluğun səbəbi məddahlıq, məddahlığın səbəbi ehtiyac, ehtiyacın səbəbi isə insanın ilkin yaşam ehtiyacıdır.
Sivil, elmi-texniki, texnoloji tərəqqiyə yetmiş cəmiyyətlərdə  insanlar istənilən qədər iş yerilə, dolanacaqla təmin olduğundan məddahlıq üçün yer qalmır. Məhz ondan sonra demokratik cəmiyyətlər yaranır. Görkəmli zəka sahibləri əbəs yerə deməyib ki, “əvvəl iqtisadiyyatdır, sonra siyasət”.
Diktatorluqdan canı boğaza yığılmış Azərbaycan xalqının önünə çıxıb özlərini “müxalifət liderləri” adlandıran Əli Kərimli, İsa Qəmbər və digərlərinin məddahları onları artıq indidən diktatora çeviriblər. Sosial şəbəkələrdə onların tərifi ilə status yazan məddahları, sanki, yanlarında xüsusi “cangüdənlər” saxlayır ki, mənfi rəy bildirənlərə (söyməklə)“hürsünlər”. Belə olan halda Əli Kərimli və ya İsa Qəmbərin İlham Əliyevdən nə fərqi? Onların demokratiyası bundanmı ibarətdir? XİLAS, İSTEFA qruplarında onların mədhinə həsr edilmiş yazıları saxlayıb, mənfi rəylərdən ibarət olanları isə silirlər. Ətraflarına yığılmış sadəlövh, işsiz (ac) adamlar da gözləyirlər ki, nə vaxtsa Əli Kərimli və ya İsa Qəmbər hakimiyyətə gələcək, onları doyuzduracaq.
 Qoyun qoyun balası, tülkü tülkü balası doğduğu kimi, Azərbaycanda, hələ də, diktatura diktator doğurur.     

Комментариев нет:

Отправить комментарий