воскресенье, 29 июля 2012 г.

Qan-genə keçmiş mentalitet


Vərdiş, hər hansı bəziyyətin uzunmüddətli, fasiləsiz təkrarlanmasından yaranmış, qan-genə keçmiş süni instinkdir. Xalqın mentaliteti isə mövcud vərdişlər sistemindən ibarətdir. Çox vaxr, hər  “əyər-əskiyimiz”i mentalitetlə əlaqələndirirlər. Hər bir xalqın mentaliteti öz axarı ilə yaranmır. O, müəyyən məqsədlərlə formalaşdırılır. Mentalitet, azad xalqlarda mədəniyyətin tərəqqisinə stimul kimi, əsarətdə olan xalqlarda isə əsarətin xeyrinə yaradılır. Obrazlı desək:
                                           Lazım olur, adətən,
                                           Hər mala bir etiket.
                                           Məqsədlə hopdurulur
                                           Millətə mentalitet.

Yaranandan insanda bir üstünlük (mənlik) hissi (kodu)  bardır. O, yenicə dil açmış balacalarda daha çox görünür. Məsələn, iki uşaqdan hər biri, özlərində olan eyni oyuncağı “mənimki yaxşıdır” deyə tərifləyir. Əgər məhəbbət hissi (kodu) bəşəriyyəti mövcud (var) edirsə, üstünlük hissi, “yarışma” ilə tərəqqiyə stimul yaradaraq, onu yaşadır.
Diqqət etdikdə görünür ki, xalqımızın üzərində əsrlər boyu davam etmiş əsarət (ərəb, fars, rus) formalaşdırdığı mentalitetdə həmin təbii ystünlük (mənlik) hissini yox etmişdir. Ərəb dini bizə öz dilində, onun “şirinliyi”ndən istifadə edərək, (Məhəmməd, Əli, Həsən, Hüseyn, Abbasqulu, Hüseynqulu, Allahqulu və s. və i. a.) adlarını sırımışlar. Daha sonra fars və rus da eləcə. Məsələn, nərd oyununda zər saylarını farsca ifadə edirik. Uşaqlarımız özünü tərifləmək istəyərkən “tək mənəm” əvəzinə “yek mənəm”, “qardaş (qaqa)” əzizləməsi əvəzinə “ay brat”, “ça” (“ca”) sonluğu ilə incələmələri ( gözəlçə, Ayca) əvəzinə “ka” (Ayka) işlədilməsinə üstünlük verilir. Niyə? Çünki bizdə artıq təbii üstülük (məmlik) hissi “özgəyə üstünlük vermək” (həsəd aparmaq) hissilə əvəzlənmişdir. Leksikonumuz belə zir-zibillə elə yüklənib ki, saymaqla qurtaran deyil. İnsan fəxrlə, ruhla insandır. Mənəviyyatını, ruhunu əldən vermiş insan başqa canlılardan, formadan başqa heç nə ilə fərqlənmir. Onu da, bunu da ancaq yemək (qarın) maraqlandırır. İnsan mənəviyyatı onun ruhunun piki, mənəviyyatsızlığı isə ruhunun ölgüsüdür.
                                              Ruhu yüksək insan
                                              Yolundan sapmaz.
                                              Ruhdan düşən insanın
                                              Atı da çapmaz.
Və ya
                                               Ruhun yüksək zirvəsi-
                                               Dünyaya yiyələn-Vladimir. 
                                               Ruhun ölgün düşgüsü-
                                               Əl aç, dilən, ol, adı-Mir.
                        (Burada, Vladimir-dynyanı öyrən-mənasında işlənib)                         
Psixologiya elmində ruhun ölgün düşgüsü  insanın “özünənifrət”i hesab olunur. Həmişə, indisə daha çox, KİV-lərimiz, xüsusilə televiziyalarımız xalqa “özünənifrət” təlqin etməkdədir.
Ystünlük (mənlik) hissinin itməsinin, düşüncəsiz, cəhalət içində olan kütlədə olmasına, bəlkə də, dözmək olardı. Bu halın “tanıdılmış” məşhur “ziyalılarımız”da olması daha böyük fəsadlar törədir. Xalqın demokratik fikirli bir insan kimi tanıdığı Hikmət Hacızadənin feyzbuk sosial şəbəkədə profil şəkli və məsələləri rusca müzakirəyə çıxarması təccüb doğurmaya bilmir.
İnsana iki cür təsir vasitəsi vardır, təbliğ və təlqin. Təbliğ birbaşa-açıq sözlə, təlqin isə dolayısıyla, hiss olunmadan (ovsunla) təsir edir. Məsələn, yayın istisində tərin içində olan adamı təlqinlə (ovsunla) üşüdüb, ona gödəkçə qeyindirmək olur.
Profil şəklində - H. Hacızadə ağ libasda, qırmızı kitab qoltuğunda, Leninin yanında. Bu, nəyi təlqin edir?  Ağ libas – təslimçilik,  Leninin yanında – “rus, bizi 200 il əsarətdə saxlamağına baxmayaraq, yenə səninləyik”, qırmızı kitab – özünün dediyi kimi, “Leninə oxutdurmaq istədiyim “Demokratiya – gediləsi uzun yol” kitabım”. Bu kitabın adının özündə də xalqımızın mənafeyinə uyğun olmayan təlqin vardır. Yəni, “demokratiya yaxı şeydir, nə tələsmək (gediləsi uzun yol), Rusiya demokratiyaya nə vaxt qoşularsa, biz də onda qoşularıq”. Bəs bunu niyə təbliğlə (açıq sözlə) yox, təlqinlə edir? Elə incə məqam da budan ibarətdir. Xəcalət çəkili, nifrət doğura biləcək şeyləri, beləcə, “məxvi”-təlqinlə ötürürlər insanlara. Beləcə təlqinlərilə əvvəl xalqı ovsunlayıb “yatızdırır”, sonra da “yuxulu cəmiyyət” (H. Hacızadənin çoxdanki ifadəsidir) adlandıraraq, qınaqla yükləyirlər.
Ay yazıq xalq, gör manqurtlaşmış “özünkülər” başına nələr açır? Hamısı qan-genə keçmiş mentalitetdəndir.             
 
 

Комментариев нет:

Отправить комментарий