воскресенье, 22 июля 2012 г.

Asif Atanın Mütləqə İnam Ocağı-"yeni peyğəmbər", "yeni din" və "demokratiya həşiri"


 Din bəşəri təkamül mərhələlərindən biridir. Əksər sivil xalqlar bu mərhələni artıq geridə qoymuş, dinləri tarixin arxivinə verməkdədir. Necə deyərlər, onun faydasını da, zərərini də artıq “dişə vurublar”. Atalar, “yataqda səhər tezdən duran öküz gec duranın üstünü batırır” deyibdir. Dünyada dinlə bağlı belə vəziyyət olduğu halda, “gecoyanan” (analoqu olmayan) Azərbaycanda isə hələ indi oyanıb yeni peyğəmbər (Asif Ata), yeni din (Mütləqə İnam) yaratmaq istəyinə düşüblər. “Var idi hər yarağımız, bircə çatmırdı saqqal darağımız”.

Dünya “demokratiya ayələri”nə “səcdə” etdiyi bir vaxtda , bizim “yenipeyğəmbərlilər” onu “demokratiya həşiri” adlandırır, onun milli dəyərlərimizə hücum sərgilədiyini iddia edirlər. Eyni zamanda, “demoktatiya həşiri”nin Ş. İ. Xətaiyə qarş yönəldiyini deirlər. Tarixi araşdırmaları əsas göstərərək, güya, Ş. İ. Xətainin Azərbaycan dövlətçiliyi üçün böyük xidmətlərinin olmasını iddia edirlər. Yalan, ya da doğru ola biləcək tarixi faktlar və araşdırmalara baxmayaraq, Azərbaycan türklərinin real durumu Ş. İ. Xətainin onun dövlətçilik taleyində nə qədər mənfi rol oynadığını aydın göstərir. O, şiəlik təriqəti vasitəsilə Azərbaycan türkü ilə türk dünyası arasında nifaqın bünövrəsini qoymuşdur. Sonralar fars çoxbilmişləri, Xətainin yaratdığı bu fürsətdən faydalanaraq, şiəliyi fars və Azəxbaycan türkü üçün ortaq ideologiyaya çevirib Azərbaycan türklərini “qanadının altına” almış, onu türk dünyasından daha da uzaqlaşdırmışdır.
Əgər tarixdən gələn söhbətlər, insanı aldada bilən qulaqlara dolursa, Xalqımızın real durumu göz önündədir. Göz isə insanı heç vaxt aldatmır. Təkcə İran-fars-molla rejimi tərəfdarlarının Xətainin abidələrini “sığallaması”, onun nəyə və kimə xidmət etdiyini aydın görməyə kifayətdir.
Xətai Azərbaycan türkü üçün dəyər yox, dəyərsizlikdir. Xalqın düşmənini, çör-çöplərini üzə çıxarmaq, qaymaqlarını, zəka sahiblərini, ziyalılarını məhv etmək əsarətin peşəsidir.  Bəhanələri odur ki, Xətai Azərbaycan türk dövləti yaratmış, Azərbaycan türk dilini dövlət dili etmişdir. Keçməz bu bəhanələr. Heydər Əliyev də Məmmədəminin müqəddəs üçrəngli bayrağını göyün yeddinci qatına yüksəltmişdir. Altında isə anti Məmmədəmin ideologiyası yeridilir. Budur real həqiqət. Yoxsa, tarix belə gəldi, milli dəyərlər elə getdi, hamısı cəfəngiyyatdır.      

Комментариев нет:

Отправить комментарий