среда, 18 июля 2012 г.

Norma, onu yaradanlar və ona əməl edənlər


Hər bir cəmiyyətdə müəyyən normalar mövcuddur. Ona adət-ənənə (mentalitet) də deyirlər. Norma-çərçivə, məhdudiyyətdir. Ondan kənara çıxmaq nöqsan, pozuntu sayılır.Həm ümumbəşəri, həm də ayrı-ayrı cəmiyyətlərə xas olan fərqli normalar vardır. Ümumbəşəri normalar toxunulmaz olub, bütün insanlar tərəfindən sözsüz qəbul olunur. Məsələn, kişinin anaya, bacıya olan cinsi münasibəti, bütün cəmiyyətlərdə eyni olub, dəyişilməzdir. Lakin müxtəlif cəmiyyətlərə xas olan elə normalar vardır ki, onlara həm həmin cəmiyyətdə, həm də bütün dünyada münasibət eyni deyil. Müxtəlif dinlərin yaratdığı müxtəlif normalar ona misal ola bilər.

Əgər dünyanı allah yaratmışdırsa, insandan başqa, bütün canlılara, onu yaşadan vasitələri hazır vermişdir. Onlar üçün hər şey ağızlarının, (xortumlarının) yetdiyi yerdədir. İnsana isə, həm də şüur verdiyi üçün, onu yaşadan vasitələri hazır yox, onun toxumunu və ya xammal şəklində vermişdir. Yəni, “buyur, ağlını işlət, yaxşı yaşa”. Məsələn, allahın yaratdığı buğda toxumunu ək-becər çörək əldə et, təbii sərvətləri tap, öyrən, əldə et, rifahın üçün istifadə elə və s.
İnsan, deyərdim ki, iki dəfə yaranır. Birinci,  təbii olaraq, həm də şüur toxumu ilə birgə,  ikinci, şüur toxumunu işlətməklə (“əkib-becərməklə”) ictimai olaraq yaranır. Şüurun “əkilib-becərilməsi”ndə insanın böyüyüb başa çatdığı cəmiyyətdəki normalar əsas rol oynayır. Cəmiyyət müstəqil, azaddırsa, norma tərəqqiyə stimul üzərində, yox, əgər cəmiyyət əsarətdədirsə, o, əsarətin xeyrinə formalaşdırılır. Əsarətdə olan xalqlarda, istər dini, istərsə də digər normalara qarşı istənilən etiraz qamçılanır. Uzunmüddətli əsarətin cəmiyyətimizdə formalaşdırdığı dini normalara qarşı, haqlı olaraq baş qaldırmış etirazları, çoxbilmişlər, allaha qarşı olduğunu iddia edərək, dindar kütlənin gözündən salmaq istəyirlər. Əslində isə belə deyil. Bu etirazlar islamın xalqımızın zərərinə yaratdığı normalara qarşıdır.  
Hər hansı vəziyyətin cəmiyyətdə normaya çevrilməsi (yaxşı, ya pis) onu kütlənin gözündə danılmaz edir. O “fürsət”dən istifadə edərək, vecsiz normalara etiraz edən istənilən düşünən insanı,  söyüşə çevirdikləri “allahsız”, “kafır” kimi sözlərlə, asanlıqla, kütlənin gözyndən salmağa çalışırlar. Bu “fürsət”i verməmək üçün allaha ehtiyatla yanaşmaq, dini cəhaləti qamçılamaq gərəkdir...      

Комментариев нет:

Отправить комментарий