пятница, 28 декабря 2012 г.

"Dəvə qızması" və ərəb təsbehi


Deyirlər, “dəvə qızması” olmasaydı, dəvə də olmazdı. Bu, “məhəbbət olmasaydı insan da olmazdı” qədər həqiqətdir.Böyüklüyünə baxmayaraq, dəvə o qədər sakit, üzüyola heyvandır ki, bir “xıx” deməklə dizləri üstə oturar, cullayıb yükləyərsən, özün minərsən, yenidən “xıx” desən, durub səni və yükünü istədiyin yerə aparar. Lakin dəvə qızdısa, üzünü görmə. Heç nəyə baxmaz, vurub hər şeyi aşırar, dağıdar, oba-oba keçərək “tayını” axtarar. Axı belə olmasaydı dəvə də olmazdı. Yəni bu, dəvəliyi dünyada saxlamaq üçün allahın təyinatıdır. Dəvə bilir ki, əgər allahın bu təyinatı pozularsa, dünyada dəvə olmayacaqdır.

вторник, 18 декабря 2012 г.

"Əvvəl sözdür", deyirlər. Soz nədir? Əvvəl sözdürmü?


“HAMI ÜÇÜN FƏLSƏFƏ”.  Eynşteyn nisbilik nəzəriyyəsilə meydana çıxanda dünyanın ən tanınmış zəka sahibləri tərəfindən də dərk edilmədiyindən, onun haqqında  hətta  “sağlam düşüncənin pozulması” (dəlilik) kimi iddialar da səsləndirildi.

четверг, 6 декабря 2012 г.

Əsarətdə olan xalqın qibtəgahları


Əsarət xalqın “qaymaqlar”ının, zəka, intelekt sahiblərinin, ziyalılarının başından basır, “çör-çöplər”ini, mənəviyyatsızlarıni isə üzə çıxarır.  “Çör-çöplər”in bir hissəsini həmişəlik, digərlərini isə ən mühüm anlarda istifadə üşün xalqın “qibtəgahı” (“xalqın adamı”) etmişlər. Xalqın  “qaymaqları” isə H. Cavid olub sibirdə məhv olmamaq, S. Vurğun olub məddaha çevrilməmək üçün, istedadlarını içində boğub susmağa, “külünü başına tökməyə” vadar edilmişlər.  Xalqın dahiləri, onu ağ günlərə çıxara bilənlər Cavidlə Səməd aralığındakı “bataqlıq”da məhv olub getmişdir.

среда, 5 декабря 2012 г.

Bayatılar


Yaylaq, yola sal, köçüm,
Dağ, dərə, həm sal keçim.
Qoyunda saqqal olmaz,
Öndədir “saqqal keçim”.

Əzizinəm, qurddular,
Dağda oba qurdular.
Dağlar tülkü yetirməz,
Oğullar boz qurddular.