понедельник, 4 февраля 2013 г.

Çoban Xanışın prezidentlik təlimi


 ÇOBAN XANIŞIN PREZİDENTLİK TƏLİMİ
**********************************
 Keçmişdə ağıllı padşahlar dövləti yaxşı idarə etmək üçün məmləkətdə müdrik axtarışına çıxarmışlar. Ətrafında çoxlu müdrik insanlar olan padşahların işi çox avand və rəvan olarmış. “Ulu öndər”imiz də bu qaydadan çox məharətlə istifadə etmişdir. Onun çoban Xanış ilə dostluğu buna nümunədir.

 Heydərin çoban Xanış ilə dostluğu əbəs yerə deyildi. Xanış İlhamın prezident kimi yetişməsində böyük rol oynamışdır. Rusiyada 160 milyonluq sürünün təcrübəli çobanlarından biri olan Jitinovskinin ərməğan etdiyi (ənam verdiyi) 9 milyonluq sürünü idarə etmək təcrübəli Heydər üçün çox da çətin deyildi. Lakin onu narahat edən, gəlcəkdə, İlhamın onu necə idarə edəcəyi idi. Ona görə də Heydər təcrübəli çoban axtarışı ilə Xanışı tapır. Heydər Lerikdən Xanışa iki eyni arıq toğlu (gələcəkdə qoç) gətizdirir. Xanış onları  prezident aparatı iqamətgahının zirzəmisində bağlayır. İlhamı  aparıb onların necə "dinc", necə yaraşıqlı olduğunu ona göstərir. Sonra hər gün İlhamı da özü ilə aparmaqla gedib toğlulara yem verir. Hər dəfə birinə doyunca yaxşı kalorili, digərinə isə ölməsin deyə, azca yem verir. Bunları, İlhamın gözü qarşısında, üç ay bağlı şəkildə saxlayır. Bu vaxt bitəndən sonra, bir gün İlhamı qalın idman libası ilə geyindirərək, qoçlar olan yerə aparır. Onu zalın ortasında saxlamaqla, qoçları buraxır. Yaxşı yedizdirilmiş, harınlaşmış qoç buraxılan kimi cumub bir kəlləyə İlhamı tir-şap yerə sərir. Xanış onu qaldırıb üst-başının tozunu çırpandan sonra məzlum ac qoçun yanına aparır. Ac qoç onun əlini, ayaqlarını yalamağa (öpməyə) başlayır. Bundan sonra Xanış İlhamdan soruşur: "axı prezident olacaqsan, bundan bir şey anladın ya yox?" İlham bir qədər fikirləşəndən sonra, "anladım" deyir.
İlham bu sürüyə görə Jirinovskiyə, təlimə görə “ustad”ı Çoban Xanışa həmişə minnətdar olub, xidmətlərinin əvəzini də artıqlaması ilə ödəmişdir. Belə ki, sürünün 3 milyonunu Jirinovskiyə faizsiz kreditə, çoban Xanışın övladlarına isə “bank kreditləri”lə dolanmağı vermişdir.  (Əvvəlcədən deyirəm ki, məni “sürü”, “çoban” sözlərinə görə qınaq etmək istəyənlər bilsin ki, bunlar mənim yox, mənə qədər, ən azı, Jirinovski tərəfindən işlədilmiş sözlərdir).

Комментариев нет:

Отправить комментарий