среда, 10 июля 2013 г.

MENTALİTET, MƏİŞƏT LEKSİKONU VƏ ƏDƏBİ LEKSİKON

Yəqindir ki, “orta statistik” azərbaycanlı gündəlik dilə gətirdiyi və qulaqlarına dolan sözlərin çoxunun əsl mənasını bimir.  40 illik müəllimlik təcrübəmdən o da yəqindir ki, dilə gətirilən hər hansı cümlədə bir və ya bir neçə sözün əsl mənası dinləyiciyə məlum deyilsə, həmin cümlənin ifadə etdiyi fikir də ona aydın olmur. O leksikon aydın ifadə vasitəsi olur ki, o, ədəbi leksikonluqdan məişət leksikonuna çevrilsin.

Təhsil-bilik, bacarıq və vərdişlərin insana aşılanmasından ibarətdır. Cəmiyyətdəki məişət leksikonu ilə, əsasən, məqsəd qoyulmamış təhsil həyata keçir. O təhsil, həm də mükəmməl və dayanıqlıdır. Dünyaya yeni göz açmış uşaq məişət leksikonu ilə iki yaşından beş yaşına qədər xeyli sözdən ibarət, heç vaxt unutmayacağı bir ana dili öyrənir. O cəmiyyətlərə sivil cəmiyyət deyirlər ki, ədəbi-mətbu leksikon məişət leksikonuna çevrilmişdir. Yəni təhsilin əsas hissəsini məişət leksikonu həyata keçirir. Bunun da əsasını mütaliə, KİV vasitələrini dinləmələr təşkil edir. Bizdə mütaliə sıfır səviyyəsində, KİV-lər bərbad halda olduğu üçün ədəbi leksikon məişət leksikonuna keçə bilmir. Ona görə də cəmiyyətimiz mentalitetcə sivillikdən uzaqdır. 
Mentalitet- cəmiyyətdə mövcud olan adət-ənənələrin, normaların insanda yaratdığı psixoloji durumdur. Cəmiyyətdə mentalitet həm təbii avtomatizmilə yranır, həm də məqsədli-süni yaradılır. Məqsədli yaradılan mentalitet cəmiyyətin azad, müstəqil və ya əsarətdə olması ilə bağlıdır. Azad, müstəqil xalqın məqsəli yaratdığı mentalitet xalqın öz tərəfindən də, özgə tərəfindən də bəyənilən olur. Biz, bizi daim incidən “biz niyə beləyik” sualının əzabını ona görə çəkirik ki, o məqsədli mentalitetimizi özgə (əsarət despotu) yaratmışdır. Xalqa, bütün bəşəri dəyərlər bir kənara qoymaqla ancaq “qurşaqdan aşğı mentalitet sırınmışdır. Hansı ki, nəticəsində ən dəşətli (baş kəsməyə qədər) fəsadlar törədir.
 Bir məsəl: ailə sədaqətini pozan tərəfi “sağ ol –sağ ol” ilə özündən uzaqlaşdırmaq  (sivil cəmiyyətlərdə olduğu kimi) əvəzinə baltalayıb başını kəsmək, özünün də onun da, günahsız övladların da həyatını məhv etməkmi yaxşıdır?

Nə qədər ki, əsarətlərin uzun tarixi dövr ərzində xalqımıza sırıdığı bu məqsədli mundar “qurşaqdan aşağı” mentalitet, sivil dünyanın ədəbi leksikonunun məişət leksikonumuza çevrilməsi sayəsində aradan götürülməsə, xalqımız həmişə bunun fəsadlarını görəcək, xəcalətini çəkəcəkdir. 

Комментариев нет:

Отправить комментарий