суббота, 16 февраля 2013 г.

Gördüklərimə, yoxsa eşitdiklərimə inanım?


“Min dəfə eşitmək, yoxsa bir dəfə görmək yaxşıdır”?
Bunun cavabını müdriklər çoxdan vermişdir. Lakin “nədən?”i  hələ soruşulur. Bu, ondandır ki, lənətə gəlmiş qulaq, insanın hiss orqanı kimi, yalanı da eşidə (qəbul edə) bilir. Yarəb, eşitdiyi minlərdən biri doğru ola, ya olmaya. Qurban olduğum müqəddəs göz  isə ancaq olanı (doğrunu) görür. Onda öz sahibini aldatmaq “qabiliyyəti” yoxdur. Vay o cəmiyyətin halına ki, orda  görünənləri yalan, eşidilənləri doğru hesab edirlər.

понедельник, 4 февраля 2013 г.

Çoban Xanışın prezidentlik təlimi


 ÇOBAN XANIŞIN PREZİDENTLİK TƏLİMİ
**********************************
 Keçmişdə ağıllı padşahlar dövləti yaxşı idarə etmək üçün məmləkətdə müdrik axtarışına çıxarmışlar. Ətrafında çoxlu müdrik insanlar olan padşahların işi çox avand və rəvan olarmış. “Ulu öndər”imiz də bu qaydadan çox məharətlə istifadə etmişdir. Onun çoban Xanış ilə dostluğu buna nümunədir.

воскресенье, 3 февраля 2013 г.

Jirinosun merinos sürüsü və "saqqal keçi"


 İnsan psixologiyası elədir ki, hər şeydən çox dəyişiklik xöşlayır. Təbii, ictimai dəyişiliklər (islahatlar) olmayan yerdə insan özünü rahat hiss etmir. Bu hal özünü, daha çox, fəal adamlarda göstərir. Uşaqlar da ona çox həssasdır. Məsələn, ən çox sevdiyi oyuncaq beş-on gündən sonra gözündən düşür. Əgər ondan çox pis olan yenisini alsan, onu daha çox istəyər.
Şirzad kişi millətcə türk, həyat yoldaşı Sara isə rus idi. Bu, həm qismətdən, həm də məhəbbətdən baş tutmuşdu. Qismətdən ona görə idi ki, türklərlə ruslar tarixən coğrafi, Şirzad ilə Sara isə yaxın kənd qonşuları idi. Məhəbbətdən ona görə idi ki, biri-birilərini tez-tez görmüş, dəlicəsinə sevmişdilər. Bu məhəbbətin, bəlkə bir səbəbi də, qaranın qaradan, ağınsa ağdan bezməsindən olmuşdu. Axı türklər, nisbətən, qara, ruslar isə ağ olurlar. Bu məhəbbət, bu izdivac o qədər gözəl idi ki, yaşın artıq əllini ötməsinə baxmayaraq, ilkin təravətini saxlayır, gözəl həyat sürürdülər.