воскресенье, 29 июля 2012 г.

Qan-genə keçmiş mentalitet


Vərdiş, hər hansı bəziyyətin uzunmüddətli, fasiləsiz təkrarlanmasından yaranmış, qan-genə keçmiş süni instinkdir. Xalqın mentaliteti isə mövcud vərdişlər sistemindən ibarətdir. Çox vaxr, hər  “əyər-əskiyimiz”i mentalitetlə əlaqələndirirlər. Hər bir xalqın mentaliteti öz axarı ilə yaranmır. O, müəyyən məqsədlərlə formalaşdırılır. Mentalitet, azad xalqlarda mədəniyyətin tərəqqisinə stimul kimi, əsarətdə olan xalqlarda isə əsarətin xeyrinə yaradılır. Obrazlı desək:
                                           Lazım olur, adətən,
                                           Hər mala bir etiket.
                                           Məqsədlə hopdurulur
                                           Millətə mentalitet.

воскресенье, 22 июля 2012 г.

Asif Atanın Mütləqə İnam Ocağı-"yeni peyğəmbər", "yeni din" və "demokratiya həşiri"


 Din bəşəri təkamül mərhələlərindən biridir. Əksər sivil xalqlar bu mərhələni artıq geridə qoymuş, dinləri tarixin arxivinə verməkdədir. Necə deyərlər, onun faydasını da, zərərini də artıq “dişə vurublar”. Atalar, “yataqda səhər tezdən duran öküz gec duranın üstünü batırır” deyibdir. Dünyada dinlə bağlı belə vəziyyət olduğu halda, “gecoyanan” (analoqu olmayan) Azərbaycanda isə hələ indi oyanıb yeni peyğəmbər (Asif Ata), yeni din (Mütləqə İnam) yaratmaq istəyinə düşüblər. “Var idi hər yarağımız, bircə çatmırdı saqqal darağımız”.

среда, 18 июля 2012 г.

Norma, onu yaradanlar və ona əməl edənlər


Hər bir cəmiyyətdə müəyyən normalar mövcuddur. Ona adət-ənənə (mentalitet) də deyirlər. Norma-çərçivə, məhdudiyyətdir. Ondan kənara çıxmaq nöqsan, pozuntu sayılır.Həm ümumbəşəri, həm də ayrı-ayrı cəmiyyətlərə xas olan fərqli normalar vardır. Ümumbəşəri normalar toxunulmaz olub, bütün insanlar tərəfindən sözsüz qəbul olunur. Məsələn, kişinin anaya, bacıya olan cinsi münasibəti, bütün cəmiyyətlərdə eyni olub, dəyişilməzdir. Lakin müxtəlif cəmiyyətlərə xas olan elə normalar vardır ki, onlara həm həmin cəmiyyətdə, həm də bütün dünyada münasibət eyni deyil. Müxtəlif dinlərin yaratdığı müxtəlif normalar ona misal ola bilər.

понедельник, 16 июля 2012 г.

Dünyanın ən varlı adamı


                                                                 (Rəvayət)                                    
   Qədim zamanlarda bir məmləkətin ucqarlarında kasıb lakin çox müdrik bir kişi yaşayırdı. Faydalı fikirləri və məsləhətləri ilə ətrafdakılara, el-obaya fayda gətirirdi. Onun sorağı gedib saray əyanlarına da çatmış, onlar da padşaha çatdırmışdılar. Padşah qasid göndərir və tapşırır ki, “ona hədiyyə aparın və onu saraya gətirin.  Məsləhətləri ilə həm bizə faydası dəyər, həm də kasıblıqdan qurtarar”. Qasidlər gedir,  padşahın hədiyyəsini, həm də təklifini ona çatdırırlar.
Müdrik  getmək istəmir. Etika xatirinə, “bu dəfə gələ bilmərəm” deyir və fikrini bir bənd şeirlə padşaha göndərir:
                                       Şah sağ olsun, çox razıyam ənamından,
                                       Bilən üçün şirin olur öz yavanı,  
                                       Özgənin min təamından. 
Qasidlər qayıdıb məktubu padşaha verirlər. Padşah məktubu oxuyub bərk hirslənir. Əyanlarını danlayır ki, əvvəllər müdrik haqqında ona yalan məlumat veriblər. Əyanlar isə and-aman edir, “şah sağ olsun, sizə hər şeyi düz demişik” deyirlər. Şah isə “hər şeyi düz, lakin kasıb olmasını yalan demisiz. O, dünyanın ən varlı adamıdır” deyir və əyanlarına o kişini bir daha narahat etməməyi tapşırır.
     İbrət: ay maddiyyət hərisləri, barı, kişiliyinizi ona qurban verməyin. 

суббота, 7 июля 2012 г.

Fəlsəfə haqqında


                Allah mübahisəli anlayış, din insan uydurmasıdır
Ta qədimdən, hələ din anlayışı yox ikən, insanın dünyanı dərk etmək cəhdindən, dynyanın materia və ruhdan ibarət olması məlum olmuş, yaradan-allah (hər xalqın öz dilində, tanrı, boq və s.) anlayışı meydana gəlmişdir. Dünyanı dərk etməyə cəhd edənlərdən ruhu ilkin-yaradan hesab edənlər idealist, materianı ilkin, ruhun onun xassəsi olduğunu hesab edənlər isə materialist adlanıblar. Fəlsəfə idealist və materialitlərin sonu olmayan mübahisələrinin toplusundan ibarətdir. Bəzən, fəlsəfəni elmlərin “şahı” adlandırırlar. Ondandır ki, filosoflar, bəzən, böyüklük iddiası ilə də qürrələnirlər. Elm sona yetmiş (sübut-isbat olunmuş) mülahizələrin, mübahisələrin toplusudur. Bu baxımdan, belə çıxır ki, fəlsəfə heç elm deyil. Bununla ağır bir yükün altına girməyimi bilirəm. Lakin buna başqa tutarlı əsasım  vardır.

четверг, 5 июля 2012 г.

Əcaib yuxu


 (Hekayə)
                               
                                                                           Doğmaca vətənimdə,
                                                                           Öz elimdə, illaki,
                                                                           Müsəlman arasında
                                                                           Bağrım çatlar, ilahi!

Axşam saatları idi.Telefona zəng gəldi. Dəstəyi qulağıma tutanda ərklə səslənən “alo, salam”dan köhnə dostum Kamalın səsini tanıdım. Hansı ki, görüşmək üçün “burnumun ucu göynəyirdi”. Hal-əhval, xoş-beşdən sonra bildirdi ki, məzuniyyətdədir, gəzməyə rayona gələcək. Sevindim.
 İki gündən sonra görüşdük. Yayın qızmar günləri idi. Şəhərin boğucu istisindən xilas, həm də bir qədər dincəlmək üçün özümüzü “təbiətin qoynuna” - istirahət güşələrinin birinə verdik. Ətraf əzəmətli dağlarla əhatə olunmuş, zəngin meşə örtüyü ilə çətirlənmişdi. Gözəl çimərliyi, sərin havası, cızbızxanası, istirahətə gələn gözəl insanları ilə cənnəti xatırladırdı. Ətrafı gəzdikcə içimizi çeşmə, çölümüzü şəlalə suyu ilə sərinlədikdən sonra yaxşı iştahaya gəlmiş mədəmizin qayğısı ilə   özümüzü cızbızxanaya verdik. Yaranmış xoş ovqat, birgünlük olsa da, bizi həyatın bütün qayğılarından kənar etmişdi.